Reklam

Reklam

“Ankara ilə Ər-Riyadın münasibətləri normallaşdırmaq imkanlarını dəyərləndirməyə çalışacaqlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında təmasların intensivləşməsini şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Yaxın Şərqdə cərəyan edən məlum proseslərin gedişində münasibətləri ciddi dərəcədə sərinləşən Türkiyə ilə Səudiyyə Ərəbistanı yaranmış soyuqluğu aradan qaldırmağa cəhd göstərirlər.

Bu çərçivədə bir müddət əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım Səudiyyə Ərəbistanına səfər edərək, bu ölkənin kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməb bin Salmanla görüşüb. Məlumata görə, tərəflər regional məsələləri və ikitərəfli münasibətlərin mövcud durumunu müzakirə ediblər.

Yıldırımın sözlərinə əsasən, yaxın vaxtlarda Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə cavab səfərinə hazırlıq görülür. Baş nazir səfərin dəqiq tarixinin müəyyənləşdirilməsi ilə bağlı işlərin davam etdiyini bildirib.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, hər iki ölkə qarşılıqlı münasibətlərin normallaşdırılmasında maraqlıdır və sözügedən səfərlərə də bu aspektdən yanaşılmalıdır:

“Həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı başa düşür ki, münasibətlərin gərginləşməsi onlara qətiyyən sərf etmir. Ona görə də yaranmış anlaşılmazlıqları aradan qaldırmağa cəhd göstərirlər. Buna müsbət hal kimi baxmaq lazımdır.

Hər iki ölkənin regionda özlərinə görə ciddi nüfuzu var və bu dövlətlərin normal münasibətlərə malik olmaları zəruridir. Məncə, onlar münasibətləri əvvəlki səviyyəyə qaytara bilirlər.

Sözsüz ki, bu münasibətlərdə Amerika faktorunun da rolu var. Ancaq unutmayaq ki, müəyyən epizodlara baxmayaraq, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Amerikanın strateji müttəfiqləridir. Ona görə də münasibətlərin normallaşdırılmasına ciddi zəmin var”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 710
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."