!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

MÜSİAD-ın Azərbaycan ofisində media nümayəndələri ilə görüş keçirildi

!Reklam – Yazi

Bu gün Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan ofisində jurnalistlərlə növbəti görüş baş tutub.

Yenicag.az xəbər verir ki, MÜSİAD-ın Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli, qurumun İdarə Heyətinin üzvləri Hüseyn Yapar və Muhtarem Özün qatıldığı görüşdə qurumun son 6 ayda həyata keçirdiyi fəaliyyət dəyərləndirilib.

Jurnalistləri MÜSİAD-ın Azərbaycan şöbəsinin fəaliyyəti ilə ətraflı məlumatlandıran Rəşad Cabirli görülən işlər və qarşıya qoyulan hədəflərdən geniş bəhs edib.

MÜSİAD-ın Azərbaycan ofisinin 2018-ci il yanvarın 1-dən fəaliyyətə başladığını vurğulayan Cabirli bu müddət ərzində ciddi uğurlara imza atıldığını, üzv şirkətlərin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə böyüdüyünü bildirib.

Onun sözlərinə görə, dərnəyə daxil olan şirkətlər işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında fəal iştirak edərək həmin bölgələrdə infrastrukturun bərpasına özünəməxsus töhfə verməkdədirlər.

Cabirli qeyd edib ki, MÜSİAD-ın Azərbaycan ofisinə daxil olan şirkətlər iqtisadiyyatın müxtəlif qollarında aktivlik nümayiş etdirdikləri kimi, aqrar sektora da investisiya qoymağı, təqribən 2 min hektarlıq ərazidə işlərin qurulmasını hədəfləyiblər.

İş adamı əlavə edib ki, dərnəyin əsas məqsədlərindən biri də Azərbaycanla Türkiyə prezidentlərinin qarşılıqlı ticarət dövriyyəsini mövcud 4,7 milyard dollardan 15 milyard dollar səviyyəsinə yüksəltməklə bağlı təlimatlarını gerçəyə çevirməkdir. Cabirli bildirib ki, bu ilin geridə qalan ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 2,5 milyard dollara çatması bu hədəfə nail olmağın mümkünlüyünü göstərir.

Daha sonra görüş maraqlı diskussiya formasında davam etdirilib.

A.Zeynalov

www.yenicag.az

182
Ads
www.veteninfo.com
!Reklam – Arxiv