Reklam

Reklam

11 aprel seçkilərini boykot edən müxalifət partiyaları səsvermə prosesini izləmirlər.

Bu barədə Yenicag.az-a danışan müxalifət partiyalarının rəhbərləri qatılmadıqları seçkilərdə səsverməni müşahidə etməyə ehtiyac görmədiklərini deyiblər.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu səsvermdə iştirak etməyəcəyini açıqlayıb:

“Bu seçkilərdə iştirak etməməyə qərar vermişiksə, səsvermənin gedişini izləməyi lazım bilmirik. Təbii ki, səsverməyə də getməyəcəm”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) Əli Əliyevin isə bu barədə fikrini belə ifadə edib:

“Səsvermədə iştirakımızdan və prosesi müşahidə etməyimizdən söhbət gedə bilməz”.

Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn:

“Bizim bu seçkilərdə iştirak etməməklə bağlı qərarımız var. Səsverməyə getməyəcəm və bu prosesi də müşahidə etmirik”.

Digər müxalifət təşkilatlarından fərqli olaraq, “Real” partiyası səsvermə prosesini müşahidə edir.

Bunu partiyanın təmsilçisi Natiq Cəfərli deyib:

“Seçkilərdə iştirak etməsək də, səsvermə prosesini izləyirik. Çox sayda üzv və tərəfdarımız müşahidəçi kimi qeydiyyatdan keçiblər və hazırda seçki məntəqələrində müşahidə aparırlar.

Partiyamız onların təqdim edəcəkləri rəylər əsasında hesabat hazırlayacaq. Yəqin ki, sabah, uzağı iki günə həmin hesabatı təqdim edəcəyik”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1369
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."