Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Müxalifət növbədənkənar parlament seçkilərinə necə gedəcək? - Partiya liderlərinin MÖVQEYİ

Reklam: High Technic

Sərdar Cəlaloğlu: “Yalnız müxalifət namizədlərinin razılaşdırılması məsələsində müəyyən razılıq əldə etmək olar”.

İqbal Ağazadə: “Hamının seçkiyə bir yerdə getməsi fikirinin arxasınca düşməyə dəyməz”.

Əli Əliyev: “Mövcud seçki komissiyaları və qanunvericilik bazası ilə ölkədə normal seçkinin keçirilməsinə inam azdır”.

Natiq Cəfərli: “Müxtəlif siyasi partiyaların funksianal əməkdaşlığını məqbul sayırıq”.

Milli Məclisin buraxılması proseduruna başlanılmasından sonra ölkə müxalifətinin növbədənkənar parlament seçkilərinə münasibəti aktuallıq qazanan məsələlər sırasındadır.

Yenicag.az bir sıra partiyala liderlərinin növbədənkənar parlament seçkilərinə yönəlik əməkdaşlıq imkanlarına dair fikirlərini öyrənib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, müxalifət birləşmək şansını artıq əldən verib:

“Çox təəssüf ki, müxalifətin daxilində olan ambisiyalar birliyin yaranmasına imkan vermədi. Yalnız müxalifət namizədlərinin razılaşdırılması məsələsində müəyyən razılıq əldə etmək olar. Bütünlükdə müxaləfətin bundan sonra bir araya gəlməsi çətin görünür”.

Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin seçkiyə gedənləri xəyanətdə suçlamasına münasibət bildirən ADP sədri bunları deyib:

“Belə çıxır ki, Pənah bəy seçkiyə gedəndə xəyanət olmayacaq, getməsə, xəyanət olacaq. Ambisioz maraqlar deyəndə, elə bunu nəzərdə tuturam. İnsanlar elə bilirlər ki, onların iştirak etdikləri seçki demokratikdir, başqalarının iştirak etdikləri seçki isə demokratik deyil. Bu, əlbəttə ki, yanlış yanaşmadır.

Mənə elə gəlir ki, seçkidə iştirak edənlər də iştirak etməyənləri xəyantdə suçlaya bilərlər. Deyərlər ki, seçkidə iştirak etməməklə parlamentin qeyri-legitimliyinə cəhd edirsiniz. Bu da Azərbaycanın təklənməsinə gətirib çıxarır.

Düşünürəm ki, hər bir partiya öz siyasətinə uyğun, dünyagörüşünə və Azərbaycanın gələcəyini nəzərə alaraq, seçkidə iştirak etməlidir”.

Bu barədə Yenicag.az-a danışan Ümid Partiyasının sədri İqal Ağazadə də müxalifətin birliyinə şübhə ilə yanaşdığını gizlətməyib:

“Vahid müxalifət düşərgəsi anlayışı olmadığı üçün hamının seçkiyə bir yerdə getməsi fikirinin arxasınca düşməyə dəyməz. Funksional əməkdaşlıq bütün hallarda mövcuddur. Hətta seçkiyə getməyən partiyalarla da belə əməkdaşlıq edilə bilər.

Digərləri seçkiyə getməməyə üstünlük verir, mənsə seçkiyə qatılmağın tərəfdarıyam və Ümid Partiyası olaraq, seçkiyə gedəcəyik”.

 

Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Yenicag.az-a açıqlamasında bildirib ki, müxalif düşərgənin bir araya gəlməsi lazımdır. Onun sözlərinə görə, heç bir halda müxalifətdəki ayrı-ayrı şəxslərin fikirlərində ilişib qalmaq olmaz:

“Müxalif düşərgə indi yığılıb müzakirə aparmalıdır. Partiya olaraq, bizim mövqeyimiz növbədənkənar parlament seçkilərinin rəsmiyyət qazanmasından sonra açıqlanacaq.

Prezident İlham Əliyev dünən Konstitusiya Məhkəməsinə müraciət edib ki, bununla bağlı şərh verilsin. Ayın 4-də Konstitusiya məhkəməsi ilə prezidentin təmsilçiləri arasında müzakirə keçiriləcək. Prezidentin müvafiq sərəncamı olandan sonra biz bu məsələnin müzakirəsinə başlayacağıq.

Bugünkü seçki komissiyaları və mövcud qanunvericilik bazası ilə ölkədə normal seçkinin keçirilməsinə inam azdır. Biz partiya kimi ən azı iki parlament, iki prezident seçkilərində iştirak etmişik. Təcrübəmiz kifayət qədərdir.

Buna görə də, təzədən gedib nəyisə sınaqdan keçirmək ehtiyacı görmürəm. Əgər bunların fövqündə fərqli siyasi irda ortaya qoyulacaqsa, prezident çıxıb cəmiyyətə toxtaqlıq verəcəksə ki normal seçkilər olacaq, o zaman seçkilərə getməklə bağlı qərarımız olacaq”.

 

ReAl Partiyasının icra katibi katibi Natiq Cəfərli isə Yenicag.az-a açıqlamasında qeyd edib ki, müxalifət qüvvələri arasında funksional əməkdaşlığın tərəfdarıdırlar:

“Biz seçkilərdə daha geniş şəkildə – müxtəlif siyasi partiyaların funksianal əməkdaşlıq edərək birgə gedilməsini məqbul sayırıq. Söhbət hər hansı blokun yaradılmasından getmir.

Söhbət ondan gedir ki, seçkilərdə iştirak edəcək müxalif partiyalar ən azı müəyyən dairələrdə namizədlərin razılaşdırılması, müşahidəçilik fəaliyyətinin birgə təşkili, seçki günü və seçkidən sonra vahid mövqenin bildirilməsində anlaşa bilərlər.
Partiya olaraq da, seçkilərdə iştirak etmək haqqında qərarımız var”.

Səxavət Məmməd

www.yenicag.az

354
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM