Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Muxtar Babayevin rəhbəri olduğu klubun futbolçusu niyə oğurluq etdi? - ŞOK TƏFƏRRÜAT

Reklam: High Technic

U-21 millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə həbs olunması hamını təəccübləndirib.

Yenicag.az xəbər verir ki, Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm “Sumqayıt”ın “Kəpəz” və “Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.

“Futbol+” qəzetinin araşdırmasını görə, “Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidir. Nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu “Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə dəmir barmaqlıqlar arxasına düşüb.

Qeyd edək ki, “Sumqayıt”ın Müşahidə Şurasının sədri “Azərkimya” İstehsalat Birliyinin rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayevdir. Klub prezidenti isə AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilən, bir vaxtlar assosiasiyada çalışmış Kamran Quliyevdir.

www.yenicag.az

4077
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM