Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Namiq Xəlilova yüksək vəzifə verildi

Reklam: High Technic

Maliyyə nazirinin keçmiş müşaviri Namiq Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, o, Report-a açıqlamasında vəzifəsini, təxminən, 6 ay bundan əvvəl tərk etdiyini bildirib.

“Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram”, – keçmiş müşavir qeyd edib.

Xatırladaq ki, N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə onu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Elman Mehdiyev əvəz edir.

www.yenicag.az

7982
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100