!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namizədlər gözləyir, çağırışçılar İNTİZARDA: DİM imtahan cavablarını açıqlamır - ŞƏRH

!Reklam – Yazi

Ötən ay Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən təşkil edilmiş qəbul imtahanında yaranan problem cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, namizədlərə verilmiş sual kitabçalarının üzərində 1-5-ci test tapşırıqlarının monoloq tipli birinci dinləmə mətninə, 6-10-cu test tapşırıqlarının isə dialoq tipli dinləmə mətninə aid olduğu qeyd edilsə də, test kitabçasında mətnlərin yerləri və nömrələri dəyişik olub. Nəticədə namizədlər verilmiş zaman aralığında 1-5-ci test tapşırıqları ilə tanış olduqdan sonra mətn səsləndirilib. Bu zaman bəlli olub ki, səslənən mətn 6-10-cu test tapşırıqlarının dinləmə mətnidir. Bu isə namizədlərdə çaşqınlıq yaradıb.

Namizədlər cavabların çıxacağını gözlədikləri halda, DİM-in ötən həftə yaydığı bəyanat da narazılıq yaradıb. DİM-in məlumatına görə, hazırda danışıq bloku üzrə imtahan nəticələrinin yoxlanılması davam edir və bütün bloklar üzrə nəticələr 7 iyulda keçiriləcək ikinci imtahandan sonra bir yerdə elan olunacaq. İkinci imtahanda iştirak üçün ərizə ilə müraciət edən namizədlər danışıq bloku üzrə imtahandan topladıqları baldan asılı olmayaraq, 7 iyulda keçiriləcək imtahana buraxılırlar. Lakin bal məhdudiyyəti yenə də qüvvədədir. Yəni nəticələr elan olunduqdan sonra ümumi və bloklar üzrə (o cümlədən danışıq bloku) bal məhdudiyyətini ödəməyən namizədlər növbəti mərhələyə buraxılmayacaqlar.

Cavabların gec açıqlanması isə hərbi xidmətə getməli olan çağırışçılar üçün əlavə çaşqınlıq yaradıb.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, DİM-in yaratdığı problem fonunda namizədlərin yaşadığı çaşqınlıq başadüşüləndir. Bu baxımdan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vaxt məhdudiyyəti fonunda əsgər gedəcək namizədlər üçün əlverişli şərait yaratmalıdır:

“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda texniki xətanın baş verməsi nəticəsində bəzi namizədlər gərginlik yaşadılar və buna görə də sualların cavablandırılmasında müəyyən çətinliklə üzləşdilər. Namizədlərin yaranmış vəziyyətə etiraz etməsi doğru idi. DİM həmin namizədlərə əlavə vaxt versə də, etirazlar səngimək bilmir. Nəticədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə həmin şəxslərlə görüşdü və əlavə imtahanının keçirilməsi ilə bağlı qərar qəbul olundu. Bu, istənilən halda, bəzi namizədlərin hərbi xidmətlə bağlı məsələsinə təsirsiz ötüşmür. Lakin çağırış vaxtının 1 avqusta qədər olduğunu nəzərə alsaq, cavablar açıqlandıqdan sonra namizədlər üçün bir həftəlik vaxt qalır. Bu, namizədin öz sənədlərini hərbi komissarlığa verməsinə imkan yaradır.

Fikrimcə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti imtahan vermiş namizədlər üçün hansısa problem yaratmaz. Bütün hallarda, yaxşı olardı ki, imtahanın həyata keçirilməsində əməyi olan şəxslər növbəti illərdə daha diqqətli olsunlar”.

Gülşən Şərif

COP29

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv