Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NASA Azərbaycanın ərazi bütövlüyünü tanımadı - Rəsmi MÜNASİBƏT

Reklam: High Technic

“2016-cı il 23 fevral tarixində sazişində Azərbaycanla İran arasında Araz çayı üzərində su qovşaqlarının tikintisi ilə bağlı razılaşma əldə edilib”.

Yenicag.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, saziş hər iki ölkənin parlamentində təsdiqlənib.

O, NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə də toxunub: “Təəssüflə qeyd etmək istərdik ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələr çərçivəsində beynəlxalq səviyyədə tanınan sərhədlərimizin təhrif olunması hallarına rast gəlirik. Bu hallarla əlaqədar Azərbaycan tərəfindən dərhal təhrifə yol verən istər şirkət, istərsə də digər səviyyələrdə nümayəndələrlə təmasa keçərək etiraz bildirilir, təhrif olunmuş xəritələr aradan qaldırılır. Bu xüsusda da Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən aidiyyəti üzrə etiraz məktubunun göndərilməsi nəzərdə tutulub”/apa.az/

Loading...

www.yenicag.az

405
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100