Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Natiq Nəbilin izdihamlı final görüşü: "Siz artıq bizim vəkilimizsiniz!"

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili təbliğat kampaniyasının son görüşünü keçirdib.

Yenicag.az xəbər verir ki, Şabran Rayonu Mədəniyyət Sarayında baş tutan görüşə Şabran və Siyəzən rayonundan olan seçicilər qatılıb.

Öncə bu gün doğum günü olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun timsalında bütün şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Azərbaycan Respublikasının əməkdar artisti Mətləb Abdullayev Natiq Nəbiliyə olan seçici etimadına şahid olduğunu və Şabran və siyəzənlilərin doğru seçim edərək Natiq Nəbiliyə səs verəcəklərinə əmin olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Natiq Nəbili seçicilərə vaxt ayırıb gəldikləri üçün təşəkkür edib. Natiq Nəbili seçki kampaniyası haqqında məlumat verib:

“20 yanvar tarixindən etibarən komandamızla birgə Şabran və Siyəzən rayonlarını kəndbəkənd gəzməyə başladıq. Seçki marafonunda seçicilər isti münasibətilə qarşılaşdıq. Bu, bizə böyük stimul verdi. Sizlərin dəstəyini arxamızda hiss etdikcə daha əmin addımlarla bu yolda irəlilədik. Bu gün sizlərlə sonuncu görüşümüzdür. Hər birinizə vaxt ayırıb gəldiyiniz üçün təşəkkür edirəm. İnanıram ki, 9 fevral günü öz seçiminizi layiqli namizəddən yana edəcəksiniz. Hər birinizi seçkilərdə aktiv iştiraka səsləyirəm!”

Natiq Nəbilinin nitqindən sonra seçicilər öz təklif və problemlərini səsləndiriblər.

Natiq Nəbilinin son görüşü böyük əhval-ruhiyyə ilə sona çatıb.

www.yenicag.az

6569
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100