Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NATO-dan Rusiyaya gözdağı

Polşa-Litva sərhəddində NATO böyük bir hərbi təlim keçirir. Təlim Rusiyanın 2014-cü ildə Kırımı işğal etməsi və Ukraynadakı mövqeyinə qarşı təzyiq göstərmək məqsədi daşıyır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi təlimlər NATO-nun 2016-cı ildə Varşava sammitində qəbul olunan “İnkişaf etdirilmiş mövcudluq” qərarı çərçivəsində həyata keçirilir. Ehtimal olunan Rusiya hücumlarına qarşı müdafiə məqsədi daşıyan hərbi təlimlər Polşa və Litva sərhəddindəki “Suvalki dəhlizi”ndə təşkil edilib.

İki ölkə arasındakı bu bölgə böyük stratejik əhəmiyyətə malikdir. Dəhliz Estoniya, Litva və Latviyanı Qərb ölkələri ilə əlaqələndirən mövqeyə malikdir. Rusiyanın ehtimal edilən hər hansı bir işğal cəhdi zamanı bu üç ölkənin Qərb müttəfiqləri ilə əlaqəsi kəsilə bilər.

Cəmi 1500 ABŞ və İngiltərə əsgərinin qatıldığı təlimə hava müdafiə sistemləri ilə yanaşı, Polşa, Litva və Xorvatiya hərbi birləşmələri də dəstək verir.

NATO-nun şərq qanadındakı ölkələr Rusiyanın 2014-cü ildə Kırımı işğal etməsinə və Ukraynanın şərqindəki seperatist mövqeyinə görə ittifaqdan əlavə təhlükəsizlik təminatı tələb ediblər.

NATO Rusiyanı fikrindən daşındırmaq məqsədilə 2016-cı ildə Varşava sammitində qəbul edilən “İnkişaf etdirilmiş mövcudluq” adlı yeni stratejik plana əsasən Latviya, Litva, Estoniya və Polşaya hərbi qüvvə yerləşdirməyə başladı.

Hal-hazırda bu 4 ölkədə 4500-dən çox NATO əsgəri var.

Yenicag.az

www.yenicag.az

685
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100