Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neft sektoru da özəlləşir? - EKSPERT açıqladı

“Financial Times” yazır ki, Rusiya prezidenti Vladimir Putinin baş müşavirlərindən biri ölkənin neft sənayesinin tamamilə özəlləşdirilməsini təklif edib.

Keçmiş maliyyə naziri və Putinin iqtisadi məşvərət şurası sədrinin müavini Aleksey Kudrin deyib ki, ölkənin bütün neft sektoru qarşıdan gələn 7-8 ildə tam özəlləşdirilməlidir.

Qeyd edək ki, 2016-cı ildə Rusiyada çıxarılan neftin 75 faizi dövlət neft şirkətlərinin payına düşüb.
Onu da vurğulayaq ki, Azərbaycanda neft sənayesi tamamilə dövlətin əlindədir.

Görəsən, Rusiyada neft sektorunun qarşıdakı illərdə tamamilə özəlləşdirilməsi mümkündürmü? Bu fonda Azərbaycanda da neft sektorunun özəlləşdirilməsinə başlanıla bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında bildirdi ki, Rusiyada vəsaitə ehtiyac olduğundan neft sektorunun özəlləşdirilməsi vacibdir:

“Ümumiyyətlə, Rusiyada neft sektorunun mərhələli şəkildə özəlləşdirilməsi və idarəetməyə verilməsinə ehtiyac var. Şimal ölkəsində neft sahəsinin özəlləşdirilməsi prosesi başlayacaqsa, bu müsbət addım olacaq. Çünki hazırda Rusiyanın vəsaitlərə ehtiyacı var. Eləcə də neft sektorunun daha cevik idarəedilməsi üçün özəlləşmə vacibdir. Söhbət heç də neft sektorunda çalışan bütün şirkətlərin özəlləşdirilməsindən getmir. Amma mərhələli şəkildə proses aparılmalıdır. Bu istiqamətdə Rusiyada siyasi qərar verilərsə, nəticə etibarı ilə addım qonşu ölkədə yeni özəlləşdirmə prosesinə gətirib çıxaracaq”.

Azərbaycana gəldikdə isə həmsöhbətimiz ölkəmizdə ancaq neft şirkətinə bağlı yardımçı müəssisələrin özəlləşdirilməyə çıxarılmasının tərəfdarı olduğunu söylədi:

“Ölkəmizdə neft şirkətinin özəlləşdirilməsi heç də neft sektorunun özəlləşməsi anlamına gəlməməlidir. Təəssüf ki, bəzi hallarda bu məsələləri eyniləşdirirlər. Amma neft şirkəti özəlləşibsə, bu, heç də o anlama gəlməməlidir ki, həmin ölkədə neft sektoru və ya neft yataqları özəlləşib. Neft yataqları hər bir ölkədə həmin dövlətin mülkiyyətindədir. Ona görə də ölkəmizdə neft sektorunda fəaliyyət göstərən şirkətlərin müəyyən zavod və yardımçı müəssisələrinin özəlləşdirilməsi və idarəetməyə verilməsinin həyata keçməsi daha məqsədəuyğundur. Dövlət Neft Şirkəti kifayət qədər böyük şirkətdir. Amma bura xarici investisiyanın cəlb edilməsinə də ehtiyac var. Digər tərəfdən, özəlləşdirmə eyni zamanda idarəetmənin çevikliyi baxımından vacibdir. Bu kontekstdən düşünürəm ki, Azərbaycanda da neft sektorunda olan bəzi yardımçı müəssisələrin özəlləşdirilməsi daha yaxşı olardı. Lakin Neft Şirkətinin tam olaraq özəlləşdirilməsi indiki məqamda arzuolunan deyil”.

ELÇİN

Yenicag.az

Loading...

www.yenicag.az

709
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100