Reklam

Reklam

Mayın 6-da futbol üzrə Topaz Premyer Liqasının XXVI turuna yekun vurulub.

Yenicag.az məlumat verir ki, turun mərkəzi qarşılaşmasında “Qarabağ” klubu öz meydanında “Neftçi” komandası ilə qarşılaşıb.

Azərbaycan futbolunun flaqmanı çempionluğu təmin etmiş “Qarabağ”ı minimal hesabla (1:0) məğlub edib. Oyunun yeganə qolunu 36-cı dəqiqədə Rəhman Hacıyev vurub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən matçda hər iki komanda bir sıra real qol vəziyyətləri yaratsa da, hesabı artırmaq mümkün olmayıb.

Beləliklə, bu qələbədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi” dördüncü pillədə qərarlaşıb.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 46 xalla ikinci, “Sumqayıt” və “Neftçi” komandaları isə 40 xalla üçüncü və dördüncü yerləri bölüşürlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 600
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.