Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Nəinki İslam aləminin, hətta dünyanın ən yaxşılarından biriyik" - Qızıl medal sahibi

Reklam: Sinerji Pro

IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçılarından biri də cüdo üzrə Azərbaycan millisinin üzvü Elxan Məmmədovdur.

100 kq. çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançımız finalda komanda yoldaşı Elmar Qasımova qalib gəlməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniçağ.Az-a müsahibə verən təmsilçimiz İslamiadakı çıxışını dəyərləndirməklə yanaşı, bir sıra maraqlı məqamlara da aydınlıq gətirib.

– Ardıcıl iki çempionluq Elxan Məmmədov üçün nə deməkdir?

– Son bir ay mənim üçün çox uğurlu oldu. Avropa çempionluğunun ardınca İslamiadanın qalibi oldum. Bundan başqa komanda yarışında Azərbaycana növbəti qızıl medalı qazandırdıq. Bu, bir ayın uğuru deyil, neçə illərin zəhmətidir.

– Komanda hesabında da çempion oldunuz. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı…

– Komandamız çox güclüdür. Hər şey göz qabağında idi. Sadəcə, Məmmədəli Mehdiyevlə Rüstəm Orucovun çıxışı komandanı çətin vəziyyətə saldı. Biz də kritik vəziyyətə düşdük. Ancaq sonda komandanı xilas edə bildik.

– Fərdi yarış üzrə finalda komanda yoldaşınız Elmar Qasımovla üz-üzə gəldin. Bu, necə bir hiss idi?

– Elmar dünyanın ən güclülərindən biridir. Hazırda dünya reytinqində ilk pillədədir. Avropa çempionatının yarımfinalında da qarşılaşmışdıq. Onda da Elmara qalib gəlmişdim. Finalda isə bir-birimizdən ehtiyat edirdik. Sadəcə, mən onun bir səhvini tutdum və qalib gəldim. Orucovla döşəkdə rəqibik, ancaq kənarda dostuq.

– İki azərbaycanlı cüdoçunun finalda qarşılaşması hər iki tərəfdə arxayınlıq hissi yaradırmı? Çünki kimin qalib gəlməsindən asılı olmayaraq, sonda Azərbaycan himni səsləndirilir.

– Millimizin məşqçiləri yarışa Azərbaycanın ən güclü idmançılarını buraxdılar. Bildiyiniz kimi 5 qızıl, 2 gümüş qazandıq. Sözsüz ki, bu da maksimum nəticədir.

– 35 yaş cüdoda çox ciddi təcrübə deməkdir. Qarşıdakı olimpiadada çıxış etmək üçün özünüzdə o gücü hiss edirsiz?

– İçimdə o gücün olduğunu hiss edirəm Amma təbii ki, bunu zaman göstərəcək. Hər günün öz hökmü var.

– Cüdo millimizi İslam aləminin ən güclüsü hesab etmək olarmı?

– Fikrimcə, nəinki İslam aləminin, hətta dünyanın ən yaxşılarından biriyik.

– Uğurun düsturunu açıqlaya bilərsinizmi?

– Uğurun düsturu məqsəddir, rejimdir və işi sevməkdir.

Emin Səfərov
Yeniçağ.az

www.yenicag.az

641
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100