!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Nəqliyyat idarə olunur, ancaq intellekt yoxdur" - Deputat tıxaclardan gileyləndi

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakının tıxac problemi gündəmə gətirilib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa Bakıda tıxac probleminin həllinin vacibliyini bildirib.

Fazil Mustafanın sözlərinə görə, tıxac problemi əhalidə çox ciddi əsəb gərginliyi yaradır:

“Bu gün də görürük ki, az miqdarda yağış yağıb, ancaq şəhərdə yenə tıxac var. Bu vəziyyət insanları çox narahat edir, çox əsəb və gərginlik yaradır. Uzun müddətdir ki, bu məsələ ilə bağlı danışılır, ancaq problem həll olunmur ki, olunmur. Yerli mütəxəssislər bunu bacarmırlarsa, bəlkə xaricdən mütəxəssislər gətirək, bu məsələ ilə məşğul olsunlar”.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətinə toxunan millət vəkili deyib ki, bizdə nəqliyyat var, ancaq gerçəklikdə intellekt yoxdur:

“Bu problemin həlli üçün fikirləşmək lazımdır”.

www.yenicag.az

4257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv