Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəsib Nəsibli: “Onlara deyilməlidir ki, öz işinizlə məşğul olun, tarix sizlik deyil” – MÜSAHİBƏ

Reklam: High Technic

“Cümhuriyyət liderlərinə qarşı hücumlar qurucu babalarımıza yönəlik rəğbəti daha da artırır”.

Yenicag.az keçmiş millət vəkili, hazırda elmi-pedaqoji fəaliyyətini Türkiyədə davam etdirən professor Nəsib Nəsibli ilə müsahibəni təqdirm edir.

– Nəsib bəy, son vaxtlar bəzi tarixçilər xüsusilə, İrəvanın ermənilərə “bağışlanması” iddiası ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinə qarşı davamlı fikirlər səsləndirirlər. Sizcə, bu yanaşma nədən qaynaqlanır?

– Mən bu barədə öz fikrimi “Facebook”da yazıb, bildirmişəm. Açığı, bunun səbəbi o qədər aydındır ki, belə bir müzakirəyə qoşulmağa ehtiyac görmürəm. Eyni zamanda, on iki il əvvəl də Cümhuriyyət liderləri ilə bağlı bir müzakirə başlayanda, mən geniş məqalə yazaraq, mövqeyimi bildirmişəm. Son olaraq, bu barədə “Space” kanalında danışan o tarixçi… Adını unutmuşam…

– Vasif Qafarov…

– Fəqri yoxdur… O, əslində, həmin verilişdə Cümhuriyyət tarixinə yanaşması ilə niyə belə danışdığının gerçək səbəbini açıb göstərdi, özünü ifşa elədi. Təbii ki, belələrinə elm adamı demək olmaz. Onlar yaltaqlanmaqla, özlərinə gün ağlamağa çalışanlardır. Siz də görürsünüz ki, milli düşüncəli insanlarımız Cümhuriyyət liderlərinə dil uzadanların cavabını necə lazımdırsa, verirlər.

– Yaxşı, onların “özlərinə gün ağlamaq” niyyəti aydındır. Amma o adamlar – tarixçi demək də olmur – axı bilirlər ki, bununla ictimai qəzəbə tuş gələcəklər…

– Əvvəla, bunun səbəbini Cümhuriyyət liderlərini hədəfə götürməyə cəhd edən daha yüksək məqamlılardan soruşmaq lazımdır. Onlara deyilməlidir ki, öz işinizlə məşğul olun, tarix sizlik deyil. Görünür, qurucu babalarımız adlandırdığımız o böyük insanların tarixdə öz layiqli yerlərini tutmaları, milli şüurda möhkəmlənmələri əks tərəfi çox qıcıqlandırır. Ona görə də hesab edirlər ki, Cümhuriyyət liderlərinə qarşı əsassız ittihamlar söyləməklə, cəmiyyətin onlara münasibətini dəyişə biləcəklər. Amma bu, artıq mümkün deyil. Obrazlı desək, “cin şüşədən çıxıb”. Belə cəhdlər qurucu babalarımıza yönəlik rəğbəti daha da artırır.

– Bir müddətdir ki, Türkiyədə yaşayırsınız. Uzun müddət ölkə siyasətinin ciddi fiqurlarından biri olmuş şəxs kimi, qardaş ölkədən Azərbaycanı necə görürsünüz?

– Necə görünəcək? Bu sualın bir cavabı var: biabırçılıq. Torpağı düşmən tapdağı altında olan ölkənin vəziyyəti başqa necə ola bilər? Ən acınacaqlısı isə budur ki, vəziyyətin dəyişdirilməsi üçün heç bir ciddi addım atılmır.

– Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi və şəxsən nazirin özü son vaxtlar şox kəskin tənqid olunur. Hətta çox sayda deputat və iqtidaryönlü media da Elmar Məmmədyarovu sərt tənqid edir…

– Vallah, hər şey o qədər açıq-aşkar ortadadır ki, daha tənqid eləməkdən keçib. Əgər son iyirmi yeddi ildə ortada heç bir nəticə yoxdursa, deməli, Nazirliyin və nazirin, o cümlədən, bütövlükdə hökumətin fəaliyyəti mənfi qiymətləndirilməlidir.

– Azərbaycanda daxili siyasi durum və siyasi qüvvələrin fəaliyyəti haqda fikirləriniz də maraqlıdır…

– Bu sual müəyyən təhlilə əsaslanan tutarlı cavab istəyir. Gəlin, bu sualın cavabını başqa vaxta saxlayaq.

– 1920-ci il aprel işğalından sonra Türkiyə və Avropa ölkələrinə Azərbaycandan məcburi mühacir axını oldu. Son illərdə bu tendensiya yeni formada təkrarlanır. Bir sıra tanınmış ziyalılarımız ölkəni tərk ediblər, Siz də artıq onların sırasındasınız…

– Əvvəla, insanların öz ölkələrini niyə tərk etmələri sualına cavab axtarılmalıdır. Əlbəttə, Azərbaycan qapalı ölkə olası deyil, oxumaq və işləmək üçün xarici ölkələrə gedənlər olacaq. Bu, normal haldır. Çünki dünya ilə bütünləşmək meyli var. Ümumiyyətlə, Sovetlərin süqutundan və “dəmir pərdə”nin götürülməsindən sonra xaricə getmək istəyi ölkədə qalmaq düşüncəsini üstələdiyi üçün insanların başqa dövlətlərə axını yarandı. Azərbaycana gəldikdə isə, ölkədəki vəziyyət məlumdur, əlavə deyiləsi heç nə yoxdur.

Aqil Bəkir

www.yenicag.az

4088
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100