!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəzarət edilməyən VAKSİNASİYA TƏQVİMİ: “Qızılca xəstəliyinin kütləvi şəkildə yayılması...”

!Reklam – Yazi

“Valideynlər uşaqlarını peyvənddən yayındırırlar və bu da gələcək üçün böyük təhlükə yaradır”.

Bu fikirləri son vaxtlar ölkədə qızılca xəstəliyinə yoluxmanın kütləviləşməsinin səbəblərinə toxunan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.Professorun sözlərinə görə, ölkədə vaksinasiya prossesinə ciddi nəzarət həyata keçirilməlidir:

“Qızılca virus tipli və hava-damcı yolu ilə yayılan infeksion xəstəlikdir. Yaşlı insanlar bu xəstəliyi daha ağır formada keçirir. Bu zaman beyin zədələnməsi, komaya düşmə və ölüm halları da baş verə bilər.

Son dövrlərdə bu xəstəliyin artmasının əsas səbəbi insanların milli vaksinasiya təqviminə əməl etməməsidir. Valideynlər uşaqlarını peyvənddən yayındırırlar və bu da gələcək üçün böyük təhlükə yaradır.

Onu qeyd edim ki, zamanında qızılca, difteriya, göy öskürək və sair kimi xəstəliklər nəticəsində kütləvi insan tələfatı baş verirdi. Uşaqlar müəyyən yaş həddinə qədər Ümumdünya Səhiyyə Təşkilatının qrafiki əsasında qızılca əleyhinə peyvənd olunmalıdır. Valideynlər bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Azərbaycanda müvafiq qurumlar tərəfindən vaksinasiya prosesinə ciddi nəzarət təşkil edilməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv