!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada koronavirusla bağlı son VƏZİYYƏT: Yoluxanların sayı 157 milyonu ötdü

!Reklam – Yazi

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 157,97 milyonu ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Son 24 saat ərzində koronavirusa 677 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 11 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 157 973 438 yoluxma, 3 288 455 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 677 545, ölənlərin sayı 11 061 artıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv