Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Nikah müqaviləsinin bağlanması ilə bağlı ciddi problemlər var” – HƏYƏCAN TƏBİLİ

“Bu gün nikah müqaviləsinin bağlanması ilə bağlı ciddi problemlər var”.

İslahatların yeni mərhələsinə qədəm qoyan Azərbaycanda məhkəmə-hüquq sistemində hansı dəyişikliklərə ehtiyac var və bu yeniliklər nəyi dəyişə bilər?

Vəkil Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında, 2000-ci ildən başlayaraq məhkəmə-hüquq sistemində mütəmadi islahatlar aparıldığını bildirib. Onun sözlərinə görə, islahatların dərinləşdirilməsi nəzərdə tutulsa da, vətəndaşların maarifləndirilməsi də vacibdir:

“Məhkəmə sistemində hakimlərin sayının artırılması düzgün addımdır. Çünki hazırkı sayda mövcud olan hakimlər iş çoxluğunun öhdəsindən lazımi səviyyədə gələ bilmir. Bundan əlavə, krimogen vəziyyətin yaxşılaşdırılması məhkəmə-hüquq sistemində aparılan islahatların əsas tərkib hissəsi hesab olunmalıdır. Çünki məhkəmələrdə çox saylı cinayət işlərinin olması, digər növdən olan işlərin aparılmasına müəyyən mənada təsir göstərir. Eyni zamanda, ölkədə krimogen vəziyyətin yaxşı olmaması bir çox mənfi təsirlərə yol açır. Bu istiqamətdə atılan addımların zamanla müsbət nəticə verəcəyi gözləniləndir. Bununla yanaşı, insanların maarifləndirilməsi zəruridir. Əksər insanlar, xüsusən də əyalətlərdə yaşayanlar hüquqlarını bilmirlər. Bu gün nikaha girən şəxslərin cəmi 3%-i nikah müqaviləsi bağlayır. Halbuki nikah müqaviləsinin mövcudluğu vacib amildir. Mövcud şəraitdə məhkəmələrdəki əsas işlər ailə-nikah məsələləri ilə bağlıdır. Nikah müqaviləsinin bağlanması məsələnin məhkəmə müstəvisinə çıxmasının qarşısını öncədən alır”.

Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov isə saytımıza açıqlamasında vurğulayıb ki, mövcud islahatların növbəti mərhələsi kimi cəza siyasətinin humanistləşməsi məqsədəuyğundur:

“Hüquq pozuntusu etmiş şəxslərin sərt şəkildə cəzalandırılması dövlət siyasətinə uyğun deyil. Cəzasızlıq şəraiti yaradılmadan, alternativ cəzaların verilməsi ilə bağlı dəyişikliklər müsbət təsirə səbəb ola bilər. Bundan başqa, mülki prosessual məcəllədə köklü dəyişikliklərin aparılması gözləniləndir. Hazırkı şəraitdə mülki münasibətlər mükəmməl şəkildə tənzimlənmir və müəyyən çətinliklər yaşanır”.

Gülşən Şərif

www.yenicag.az

3420
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM