Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Nikaha daxil olmaq istəyən 7 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin sentyabr ayında nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklər açıqlanıb.

Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, ötən ay nikaha daxil olmaq istəyən 8 843 nəfər tibbi müayinədən keçib.

Z. Əlimirzəyeva qeyd edib ki, 240 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. Onun sözlərinə görə, ümumilikdə ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin iyul ayının sonuna qədər 333 401 nəfər müayinədən keçib:

“Bu dövr ərzində müayinədən keçənlərdən 23 352 talassemiya daşıyıcılığı, 1 262 nəfərdə sifilis, 247 nəfərdə isə QİÇS aşkarlanıb. 122 cütlüyün hər ikisində isə talassemiya daşıyıcısı olub”.

İnstitut direktoru əlavə edib ki, 2017-ci ilin 9 ayı ərzində 105 107 nəfər tibbi müayinədən keçib:

“Onlardan 32 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı, 13169 nəfərdə talassemiya daşıyıcılığı, 378 nəfərdə sifilis, 84 nəfərdə isə QİÇS xəstəliyi aşkar edilib”.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1090
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM