!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-rəsmi nikahın ARZUOLUNMAZ “MEYVƏ”Sİ: “Atalığın sübut edilməsindən sonra...”

!Reklam – Yazi

“Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan o, artıq müəyyən hüquqlara malik olur”.

Bu fikirləri qeyri-rəsmi nikahdan doğulan uşaqların və o kateqoriyaya aid anaların hüquqlarının qorunması haqda danışan ekspert Ellada Bayramova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər bu vəziyyətdə ata uşaqdan imtina edərsə, ana məhkəmə vasitəsilə atalığı sübut etmək hüququna malikdir:

“Dövlətin qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirən anaya əsas dəstəyi qanunvericilikdə atalığın sübut edilməsinə dair hüququn təsbit olunmasıdır. Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir.

Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan o, artıq müəyyən hüquqlara malik olur. Uşağın mənşəyi ananın tibb müəssisəsində doğum həyata keçirməyini təsdiqləyən sənəd əsasında müəyyən edilir.

Əgər uşaq tibb müəssisəsindən kənarda dünyaya gətirilibsə, bu halda doğuşa nəzarət etmiş həkimin verdiyi müvafiq sənəd, belə bir sənəd olmadıqda isə şahidlərin ifadələri əsas götürülür.

Atalıq sübut edildikdən sonra o, ekspertizanın keçirilməsinə sərf olunan məbləği məcburi qaydada ödəməlidir. Bundan sonra ananın uşağa görə aliment almaq hüququ təmin edilir”.

Nuray Məmmədzadə

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv