!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Nur" uşaq evindən oğurluq edənlər sərbəst buraxıldı - Dəyən ziyanı kim ödəyəcək? / Ölkə başçısına müraciət - VİDEO

!Reklam – Yazi

Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanadakı Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evindən oğurluq olması barədə xəbər vermişdik.

Uşaq evinin direktoru Aynurə Xudiyeva Yenicag.az-a bildirib ki, bütün sübutlar hüquq mühafizə orqanlarına təqdim olunsa da, oğruları bir dəfə Sabunçu rayon Polis İdarəsi, bir dəfə də Sabunçu rayon Prokurorluğu, sonuncu dəfə isə adı gedən rayonun məhkəməsi sərbəst buraxıb.

Aynurə Xudiyevanın sözlərinə görə, məhkəmə prosesinə onları zərərçəkən kimi dəvət etməyiblər, xəbərləri olmadan proses baş tutub. Bundan əlavə, onlara dəymiş ziyanı kimim ödəyəcəyi məlum deyil.

Uşaq evinin rəhbəri bildirib ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları uşaqlar üçün ərzaq gətiriblər. Ancaq məhkəmədən oğurluq etmiş şəxslərin buraxıldığını eşidəndən sonra bu gün həmin ərzaqlardan qalanları və uşaqlar tərəfindən yeyilmiş məhsulların məbləğini (50 AZN) Sabunçu rayon polis idarəsinin qarşısına qoyub.

Sonda Aynurə Xudiyeva prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya müraciət edərək, kimsəsiz uşaqlara sataşmış şəxslərin cəzalandırılmasını və uşaq evinə dəymiş ziyanın ödənilməsinə, ədalətin bərpa edilməsinə yardım edilməsini istəyib.

“Nur” uşaq evinin ölkə rəhbərliyinə etdiyi video müraciəti sizə təqdim edirik:

 

www.yenicag.az

4622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv