Reklam

Reklam

ABŞ-ın 44-cü prezidenti Barak Obama Donald Trampın nüvə sazişinin ləğvi ilə əlaqədar verdiyi qərarı şərh edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün ABŞ prezidenti Donald Tramp 2015-ci il – Obamanın hakimiyyəti dövründə İranla imzalanmış nüvə razılaşmasını ləğv edib. Obama bildirib ki, hazırkı prezident razılaşmadan imtina edərək böyük bir xəta edib. Çünki İran heç bir halda nüvə sazişini pozmayıb. Yazılı açıqlama verən sabiq prezident vurğulaylb ki, həmin saziş ABŞ-ı və bütün dünyanı nüvə silahına malik olan İrandan qoruyurdu: “İranın sazişi pozduğuna dair tək bir sübut belə yoxdur. Bununla belə, ABŞ-ın razılaşmadan çəkilməsi onun ən yaxın müttəfiqlərindən üz döndərməsi deməkdir”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1934
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."