!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğurluğa görə tutuldular, başqa cinayətləri üzə çıxdı

!Reklam – Yazi

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanılan şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar – Tural Rüstəmov və Məcid Sultanovun digər cinayət əməllərinin də üstü açılıb.

DİN-dən Yenicag.az-a verilən xəbərə görə, ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Kəpəz və Nizami rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə onların aprelin 12-də və 15-də şəhər ərazisində 3 avtomobildən akkumulyator, habelə digər “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları da müəyyən edilib. ​Araşdırma aparılır.

www.yenicag.az

2560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv