!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölüm hökmü bərpa olunmalıdır” – Araz Əlizadədən Gəncə hadisələrinə reaksiya

!Reklam – Yazi

“Əgər bu vəziyyətə son qoyulmasa, biz axırda LGBT-ni də qəbul etməli olacağıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Gəncədə baş verən iğtişaşlara münasibət bildirən deputat Araz Əlizadə deyib. Araz Əlizadə ölüm hökmünün bərpasının vacib olduğunu qeyd edib:

“Gəncədə ötən gün baş verənlərin bir adı var: Terror. Həmçinin də terrorçulara veriləcək bir cavab var: Terror. Mən düşünürəm ki, bəsdir, Avropanın oyunlarını oynadıq. Ölüm hökmü bərpa edilməlidir.

Əgər bu vəziyyətə son qoyulmasa, biz axırda LGBT-ni də qəbul etməli olacağıq. Ölüm hökmü olmalıdır…

Bu yaxınlarda bir qızı öldürən əclaf haqqında filmə baxdım. Gördüm ki, özünü əla hiss edir, qəşəng geyinib, yaxşı da yaşayır… Başa düşdüm ki, ömürlük həbs cəzası bir şey deyil. Ölümə qarşı ölüm olmalıdır.

Gəncə hadisələrinin arxasında kimlərin dayandığını yalnız hüquq-mühafizə orqanları deyə bilər. Mən nə hadisə yerində olmuşam, nə də istintaq aparmışam… Yemədiyim xörəyin dadından danışmıram”.

A.Zeynalov

www.yenicag.az

2354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv