Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Onlar istədiklərini edə bildilər" - Qurban Qurbanov

Reklam: Sinerji Pro

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Şerif” matçı 0:0 hesabı ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini açıqlayıb:

“Gözlədiyimiz oyun oldu. Çətin olacağını bilirdik. Bu oyun bir daha göstərdi ki, turnirdə zəif rəqib yoxdu. Komandamdan sona qədər mübarizə apardığı üçün razı qaldım. Sadəcə, texniki səhvlərimiz oldu. Evdə qol buraxmamaq da üstünlükdür. Qarşıda cavab matçına hazırlaşmaq üçün vaxtımız var. Azarkeşlərə sonsuz dəstəyə görə təşəkkürümü bildirirəm”.

– Razısızmı ki, rəqib “Qarabağ”ı düzgün analiz etmişdi?

– “Şerif” fərqli sistemdə oynayan komandadır. Bu gün də bunun şahidi olduq. Rəqibi də düzgün analiz etmişdik. Düşünürəm ki, səfərdə daha fərqli oynayacağıq. Fikrimcə, nəticə baxımından onlar istədiklərini edə bildilər.

– Kubanın zədəsi nə yerdədi?

– Məncə, ciddi bir şey yoxdu. Sadəcə, ayağından güclü zərbə almışdı.

– Bir neçə futbolçular fiziki cəhətdən hazır görünmürdü…

– Öz proqramımız üzrə çalışırıq. Bəzi futbolçulara əlavə proqram hazırlanır. Bu il bir az komanda bir yerdə az oldu. Buna görə də, çatışmazlıqlar var. Oyundan oyuna yaxşılığa doğru gedəcək.

– Əfranın yerinə əvəzetmədən daxil olan Mahir aktivliyi ilə seçildi. Onu cavab matçında start heyətdə görə bilərikmi?

– İndidən start heyəti deyə bilmərəm. Oyuna hansı futbolçu hazır olsa, onda meydana çıxacaq.

Yenicag.az

www.yenicag.az

735
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100