!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC ABŞ-ın büdcəsini artırmaq üçün çalışır? – Ekspertdən ilginc yanaşma  

!Reklam – Yazi

“OPEC ölkələrinin neft qiymətlərinin artırılması üçün istənilən cəhdi yalnız ABŞ-ın xeyrinə olacaq”

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, neft qiymətləri yaxın bir neçə ildə 45-55 dollar civarında olacaq: “Əslində neft artıq 50-55 dollar koridorunda sabitlik tapıb. Bazar iştirakçılarından alıcı da, satıcı da bu qiymət aralığından məmnundur. Sadəcə neft hasil edən, ixrac edən və iqtisadiyyatı neft sektorundan asılı olan ölkələr çalışırlar ki, qiyməti imkan daxilində yeni bir koridora – 55-60 həddinə daşısınlar. Bunun üçün dünyada ya neftə tələbat kəskin artmalı, ya da hasilat azalmalıdır.

Son 1 ildə OPEC 1,3 milyon barel kəsintiyə gedib. ABŞ isə bu müddət ərzində hasilatı 900 000 barel artırıb. Demək olar ki, bununla ABŞ OPEC-in atdığı addımların effektini minimuma endirib. Yəni OPEC-dən kənar ölkələrdəki neft hasilatı dinamikasında o qədər ciddi bir şəkildə artım var ki, OPEC ölkələri də bazara istənilən müdaxilə olduğu təqdirdə ABŞ-ın daha çox neft hasil edə biləcəyini bilirlər. Çünki həm Kanada, həm də ABŞ-ın çox ciddi bir şəkildə potensialı var. ABŞ-ın son açıqlanan enerji strategiyasına əsasən, bu ölkə yaxın 3 ildə xaricdən neft almağı minimuma endirməyi planlaşdırır. Hətta Səudiyyə Ərəbistanı və Rusiyanı hasilatda keçməyi düşünən ABŞ 2020-ci il üçün gündəlik 12 milyon barel neft hasil etməyi hədəfləyir. Bu da gündəlik hasilatın 2,5 milyon barel artırılması deməkdir. Yəni OPEC hasilatı nə qədər çox azaltmağa, qiyməti nə qədər çox artırmağa çalışsa, bundan ən çox xeyri ABŞ əldə edəcək. OPEC ölkələri bunu yaxşı anlayır. Odur ki, böyük müharibələr, münaqişələr olmasa, yaxın illərdə neft qiymətlərində artım olacağını düşünmürəm. Qiymətlər 50-55, hətta 45-55 dollar koridorunda uzun müddət qalacaq”.

 

www.yenicag.az

1039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv