!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduda mümkün təyinatlar: Müdafiə naziri, BQR, Quru Qoşunları komandanı... - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynovun, Nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyevin və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyevin təqaüdə göndərilməsi müzakirə mövzusuna çevrilib. Bu məsələyə toxunmadan öncə diqqət çəkəcəyimiz mövzular var.

Müdafiə nazirliyində vakansiyaların sayı çoxdur. Müharibə vaxtı və sonra istefaya və təqaüdə göndərilən generalların sayı 10-dan çoxdur. Onların yerinə isə təyinat yoxdur. Yalnız üçüncü ordu korpusuna komandir təyinatı olub. Müharibənin başladığı ilk günlərdən ordu Baş Qərargah rəissiz qalıb. Müharibə Baş Qərargah rəisi olmadan davam edib və qələbə əldə edilib. Tarixdə bunun analogiyasına rast gəlmək mümkün deyil.

Mənbəmizin verdiyi məlumata görə, ordudakı əsas dəyişikliklər Quru Qoşunları Komandanlığı yaradılandan sonra məlum olacaq. Hazırda preoritet məsələ Quru Qoşunları yaratmaq və onu gücləndirməyə ehtiyac var. Yeni yaranan quruma daha təcrübəli generalları və zabitləri yerləşdirmək lazımdır ki, həmin qurumu lazımı səviyyəyə çatdırıla bilsin. Quru Qoşunları yaratmaqla iş bitmir, onun idarətemə sistemini yaratmaq lazımdır. Quru Qoşunlarının qərargahı, korpusları, əlaqə, onların nəzarətdə saxlanılmsı da qarşıda duran vəzifələrdəndir. Naxçıvanda reform aparılmalıdır. Çünki Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Müdafiə nazirliyinə tabedir. Quru Qoşunları yaranandan sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu həmin qurumun tabeçiliyinə keçməlidir. Bu onu deməyə əsas verir ki, ilk reform Naxçıvanda aparılacaq.

Hansısa qurumlarda birinci şəxs, yəni general yoxdursa, bu o deməkdir ki, şəxs yerində yoxdur. Ancaq onun vəzifəsini icra edən müavinlərdən biri var. Mövcud bir qurum varsa, şəxsin olmaması işləri o qədər axsatmır. Məsələ ondadır ki, yeni bir qurum yaradılırsa, ora mütləq kimisə təyin etmək lazımdır ki, birinci şəxs olmadığı təqdirdə, ikinci və ya üçüncü şəxs vəzifələri icra etsin.

Mənbəmizin verdiyi məlumata görə, Quru Qoşunlarına komandan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandiri General-polkovnik Kərəm Mustafayevin gətirilməsi gündəmdədir. Nəcməddin Sadıkovdan sonra isə boş qalan Baş Qərargah rəisi postuna General-leytenant Kərim Vəliyevin adı hallanmaqdadır. Xüsusi Təyinatlı Qüvvələrin Komandanı General-leytenant Hikmət Mirzəyevin də yüksək posta – nazir və ya nazir müavini vəzifəsinə gitirilməsi sürpriz olmaz.

Adı gedən hər üç şəxs həm birinci Qarabağ müharibəsinin, həm aprel döyüşlərinin, həm də Vətən Müharibəsinin iştirakçılarıdır.

Bu gün təqaüdə göndərilən generallarla bağlı “təmizlik” ifadəsi işlədənlər də var. Məsələ ondadır ki, təqaüdə göndərilən generalların heç birinin adı korrupsiyada hallanmayıb. O zaman hansı təmizlikdən söhbət gedə bilər? Təmizlik aparan Nizam Osmanovu işdən çıxarardı, Ənvət Əfəndiyevi istefaya göndərərdi.

Əldə etdiyimiz məlumata görə, Zahid Hüseynov uzun müddətdir ki, işə çıxmırdı. Onun adı yalnız Raket-Artilleriya Qoşunlarının komandanı olan zaman silah alışı zamanı tenderlərdən qazanc əldə etməkdə hallanırdı. Lənkəran Əliyevin isə adı heç vaxt korrupsiyada hallanmayıb. O yalnız zabitləri yerli-yersiz cəzalandırmaqda, ləkələməkdə ittiham olunurdu. Rasim Əliyevə gəldikdə isə onun adı nəinki rüşvət, neqativ heç bir hadisədə hallanmayıb. Hətta o, ordu daxilində Nəcməddin Sadıkova qarşı çıxa bilən çox az zabitdən biri olub.

Təqaüdə göndərilən generallar təmizliyin bir parçası hesab edilə bilməz. Təmizlənəcəklər hələ də öz yerlərində qalmaqdadır…

www.yenicag.az

20873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv