!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ortada gəzən ekspertlər bizimlə ermənilərin emosiyamızdan pul qazanırlar” - Şamil Tağıyev ilə VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

“Elə regionlar da var ki, orada diaspor təşkilatına iyirmi il rəhbərlik edən şəxs heç bir iş görməyib”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində Rusiyadakı Azərbaycan diaspora təşkilatlarının fəaliyyətindən danışan Moskva Azərbaycanlıları İcmasının (MAİ) rəhbəri Şamil Tağıyev deyib.

Şamil Tağıyevin sözlərinə görə, MAİ-nin yaradılması zərurəti azərbaycanlıların Rusiya paytaxtındakı diaspora fəaliyyətindəki durğunluqdan yarandı:

“Artıq dördüncü aydır ki, Moskva Azərbaycanlıları İcmasını qeydiyyatdan keçirmişik. Bu addımın əsas səbəbi odur ki, Moskva kimi böyük bir meqapolisdə, Rusiyanın ən böyük şəhərində fəaliyyət göstərən diapora təşkilatımız yox idi.

Çox təəssüf ki, Moskvada fəaliyyət göstərən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyatının rəhbəri məlum səbəblərə görə oradakı soydaşlarımız arasında hörmətə malik olmadığı üçün Rusiya paytaxtında diaspora fəaliyyəti demək olar, dayanmışdı.

Bunu nəzərə alaraq, sadə təşkilat formatından regional icma formatına keçməyi qərara aldıq və dostlar də bu addımı dəstəklədilər. Qeydiyyat üçün sənədlərimizi təqdim etdik və bizə müsbət cavab verildi”.

MAİ rəhbəri bildirib ki, Rusiyadakı Azərbaycan diaspor təşkilatları arasında mövcud olan problemlərin müəyyən səbəbləri var:

“Rusiyanın 70-dən çox regionunda Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Ancaq həqiqətin üzünə baxanda görürük ki, onlarında arasında bir təşkilat və onun lideri fəallığı ilə seçilir, digərləri isə sanki ona mane olmaq məqsədi ilə yaradılıb.

Ancaq bu, hər yerdə belə deyil. Elə regionlar da var ki, orada diaspor təşkilatına iyirmi il rəhbərlik edən şəxs heç bir iş görməyib. Bu isə işləmək istəyən soydaşlarımızı, gəncləri yeni, effektiv təşkilatlar yaratmağa sövq edir”.

Həmsöhbətimizin sözlərinə görə, onlar Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurulmasına yönəlik cəhdlərə qarşı davamlı addımlar atırlar:

“Mən tanınmış politoloqları, deputatları və rəsmi şəxsləri nəzərdə tutmadan deyirəm ki, ortada gəzən bəzi ekspertlər azərbaycanlıların və ermənilərin emosiyaları üzərində pul qazanırlar. Rəsmi statuslu şəxslərə gələndə… Biz onların bir çoxuna kənardan baxanda görürük ki, onlar əhəmiyyətsiz insanlardırlar. Nəyə görə? Çünki bu gün dəvət etdin, xoş münasibət göstərdin, səni tərifləyəcək, etmədinsə, başqasını”.

A.Zeynalov

www.yenicag.az

2476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv