Reklam

Reklam

Azərbaycanda atanın öz övladını alış-veriş saytında 10 min manata satışa çıxartması ilə bağlı xəbər vermişdik.

Belə ki, Orxan adlı şəxs uşağa baxa bilmədiyini və körpəni borca görə satdığını deyib:

“Borcun içində boğuluram. Uşağa baxa bilmirəm. İmkanım yoxdur. 40 günlükdür. Qiymətdə razılaşa bilərik. Hazırda uşağın qeydiyyatı 20 Yanvarda yerləşən Respublika Klinik xəstəxanasındadır. Adına keçirə bilərəm”. (Müsavat.com)

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Tahir Əlirzayev bildirib ki, bu əməl cinayət işidir və buna görə, həmin şəxs məsuliyyətə cəlb olunmalıdır:

“Əgər o, məqsədini bildirərək, borcu səbəbindən övladını satdığını deyirsə, bu, konkret olaraq insan alveri ilə bağlı cinayətin subyekti sayılır. Həmin insan hər hansısa bir orqanını satmır ki, deyək transplantasiyadır. Bu artıq insan alveri deməkdir. Bu səbəbdən də Cinayət Məcəlləsinin 144-1 insan alveri ilə bağlı maddəsinə əsasən, yəni zor tətbiq etmək hədəsilə və ya zor tətbiq etməklə, hədə-qorxu və digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarına və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə və yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün imtiyazlar və güzəştlər vermək və almaqla şəxsin istismar edilməsi məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsilə 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Əgər alış-veriş baş tutmayıbsa, həmin şəxs iradəsindən asılı olmayaraq, KİV-lərdə yayılan məlumatlara görə, fikrindən yayınıbsa, onun əməli yenə də cinayət məsuliyyəti yaradır. Bunun üçün də cinayət törətməyə hazırlığa görə, məsuliyyətə cəlb oluna və məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilə bilər”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən yeni doğulan 120035 körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə görə 14,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşağı olub. Körpələrdən 2134-ü əkiz, 42-si isə üçəmdir.

Elvin Paşazadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1619
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."