!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailə ocağından qoparılan uşaqların ACI STATİSTİKASI: “Övladların internat məktəblərinə verilməsi....”

!Reklam – Yazi

“Belə xoşagəlməz halların qarşısını almaq üçün mühüm profilaktik tədbirlər həyata keçirilməlidir”.

Bu fikirləri internat tipli məktəblərə verilən uşaqların sayında hər il artım qeydə alınmasını şərtləndirən amilləri şərh eden sosioloq Kifayət Ağayeva Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, valideynlərin övladlarını internat məktəblərinə göndərmələrinin əsas səbəbləri aktuallığı azalmayan sosial-məişət xarakterli problemlərdir:

“İnternat tipli məktəblərə adətən, aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrə mənsub övladlar, həmçinin valideynlərini itirən və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaqlar qəbul edilir.

Valideynlərin övladlarını internat məktəblərinə verərək özlərindən uzaqlaşdırmalarının bir sıra ciddi səbəbləri var. Onların arasında xüsusi yer tutan yoxsulluq, boşanmalar, qeyri-rəsmi nikahlar, azyaşlıların evləndirilməsi və başqa neqativ hallar uşaqların məcburən öz ailələrindən kənarda yaşamalarına səbəb olur.

Təəssüf ki, bu məsələlərlə bağlı ailə institutlarının fəaliyyəti çox passivdir. Belə xoşagəlməz halların qarşısını almaq üçün mühüm profilaktik tədbirlər həyata keçirilməlidir. Əks halda, internat məktəblərinə yerləşdirilən uşaqların sayı ilbəil artmaqda davam edəcək”.

Nuray Məmmədzadə

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv