Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özbəkistan vətəndaşı sərhəddə həbs edildi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 1 nəfər xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısını alıb.

Bu barədə Yenicag.az-a DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.

Dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkar olunub və hərəkətləri nəzarətdə saxlanılıb. Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılıb. Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, onun 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahmanjon oğlu olması müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

920
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100