“Özümü sizə borclu hiss edirəm” – Enrike “Qarabağ”dan getdi – Yenicag.Az

Reklam

Reklam

“Qarabağ”ın futbolçusu Pedro Enrike klubdan gedib.

Yenicag.az xəbər verir ki, bu barədə braziliyalının özü açıqlama yayıb.

“Sambaçı” şəxsi “feysbuk” səhifəsində vida mesajı paylaşıb:

“Bütün Azərbaycan xalqı və “Qarabağ”a birlikdə keçirdiyimiz mövsüm üçün “sağ ol” deyirəm. Bu, karyeramda həlledici anlardan biri oldu və mən burada keçirdiyim 9 ayı hər zaman böyük sevgi ilə xatırlayacağam. Meydana çıxdığım bütün oyunlarda var gücüm və ürəyimlə oynamağa çalışdım. Çünki bu komandada oynamaq mənim üçün həmişə xoş idi və bu cür də qalacaq. Özümü sizə borclu hiss edib gedirəm. Mənə Ağdam camaatı üçün oynamaq imkanı yaratdığınıza görə sizə hər zaman minnətdar olacağam. Mənə qucaq açdıqları üçün bütün futbolçulara, texniki heyətə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. Allah sizdən razı olsun”.

Qeyd edək ki, Enrikenin müqavilə ilə məxsus olduğu Yunanıstanın PAOK klubuna qayıdacağı gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1322
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.