Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paris rekord qırdı: saxlanılanların sayı 1550-i keçdi

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1550-ni keçib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

“Bu artıq təəssüf hissi doğurur. Saxlanılanların sayı  1550-ni keçdi. Paris üçün rekord saxlanılma sayıdır. Hələ heç vaxt Parisdə bu qədər insan hüquq-mühafizəorqanları tərəfindən saxlanılmayıb”.

Qeyd edək ki, ötən gün keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfərin iştirak edib.

Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir.

www.yenicag.az

5276
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100