Parlament seçkiləri ilə əlaqədar Müstəqil Media Mərkəzi yaradılacaq

Azərbaycanda seçkilərlə bağı yaradılan müstəqil media mərkəzləri başqa yerlərdə bir nümunə kimi göstərilir.

Yenicag.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar da yaxın günlərdə Müstəqil Media Mərkəzi yaradılacaq:

“Ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır. Bu media mərkəzi başqa yerlərdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər”.