I YAZI
V çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətə başlamasından iki il keçir. İki ilin yekununda dövlətimizin ali qanunverici orqanının fəaliyyəti, ölkənin ictimai-siyasi həyatındakı rolu, parlamentdə təmsil olunan millət vəkillərinin işgüzarlığı heç şübhəsiz ki, ölkə ictimaiyyətinin xüsusi diqqətindədir. Parlamentin fəaliyyətini daima diqqət mərkəzində saxlayan Editor.az millət vəkillərinin tətilə çıxaraq istirahət etdiyi bir dönəmdə gündəlik müşahidələr və mətbuatın monitorinqi vasitəsilə onların fəaliyyətinə olan ictimai münasibəti araşdırmağa çalışıb.
Araşdırmalar göstərib ki, ümumilikdə spiker Oqtay Əsədovun rəhbərliyi altında Milli Məclis kifayət qədər uğurla fəaliyyət göstərərək, respublikamızın ictimai-siyasi həyatında aktiv rol alıb. İstər ölkəmiz üçün zəruri olan qanunvericilik aktlarının hazırlanması, istərsə də dövlətçilik maraqlarının qorunması baxımından parlament və millət vəkilləri prinspial mövqe nümayiş etdiriblər.
Lakin bununla belə 2 illik dönəmdə bir sıra deputatlar yalnız fəaliyyətsizlikləri və gündəmə gəldikləri qalmaqallarla yadda qalıblar.
Millət vəkilləri Hadi Rəcəbli, Astan Şahverdiyev, Hüseynbala Mirələmov bu mənada digər həmkarlarını “üstələyərək”, xüsusi diqqət çəkiblər. Onların zaman-zaman mətbuata verdikləri qalmaqallı açıqlamalar uzun müddət müzakirə mövzusuna çevrilərək, vətəndaşların ciddi hiddətinə səbəb olub.
Mətbuatda yer alan məlumatlar göstərir ki, bir sıra millət vəkilləri isə ümumiyyətlə Milli Məclisin iclaslarında çıxış etmir, hər hansı qanunvercilik təşəbbüsü irəli sürmür, ciddi cəhdlə seçiciləri və ictimaiyyət nümayəndələri ilə təmasdan yayınırlar. Bu qəbildən olan deputatlar medianın gündəminə yalnız barələrində səsləndirilən şikayətlər və qalmaqallar vasitəsilə gəlirlər.
Editor.az bu millət vəkillərinin siyahısını və haqlarında mətbuata sızan ittihamları hissə-hissə oxucularına təqdim edir:
Kəmaləddin Qafarov(9 saylı Binəqədi ikinci seçki dairəsi): Kəmaləddin Qafarovu parlamentin yeni seçilən deputatları arasında mətbuatın ən çox tənqid etdiyi və haqqında müxtəlif iddiaların dolaşdığı üzvü hesab etməək olar. Hörmətli millət vəkili ara-sıra Milli Məclisdə təmsil etdiyi Binəqədi rayonunda təşkil olunan rəsmi tədbirlərdə görünsə də, parlamentdə çıxış etməyə, hər hansı qanunvericilik təklifi irəli sürməyə, ölkədə və dünyada cərəyan edən proseslərə münasibət bildirməyə bir o qədər də həvəsli görünmür. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“Milli Məclisin “dərman qoxulu” deputatı: Kəmaləddin Qafarovun passiv bir ili”(arqument.az); Binəqədinin “suda batan” deputatları – Kəmaləddin Qafarov hardadır?(bakıpost.az); Kəmaləddin Qafarov rəqiblərini necə zərərsizləşdirdi – “Ağ xalatlı xilaskar”dan “master klass”(qlobal.az); Kamera, mikrafon fobiası olan “lal deputat”: Kəmaləddin Qafarov susur, rüşvət danışır”(savash.org); “Kəmaləddin Qafarov üçün səhiyyə rəzaləti: Onkologiya Mərkəzi rüşvət xərçənginə tutulub”(azmedia.info); “Parlamentin “lal”, dərman biznesinin monopolist deputatı: Kəmaləddin Qafarov”(gundeminfo.az); Kəmaləddin Qafarov: Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır(yap.org.az); “Başı aptek biznesinə qarışan və 1 ildə cəmi 1 açıqlaması çıxan deputatı siz də tanıyın — FOTO”(regionaz.tv)
Nəriman Əliyev(70 saylı Masallı şəhər seçki dairəsi): Millət vəkili Nəriman Əliyev artıq 7 ildir ki, millət vəkili kimi fəaliyyət göstərməsinə baxmayaraq, parlamentə sonuncu dəfə nə zaman çıxış etdiyini unudan deputatlar sırasında gəlir. Mətbuat onu Milli Məclisin “lal” deputatlar kateqoriyasından olan üzvlərindən biri kimi təqdim edir. Deputatla bağlı “Google” beynəlxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“MTN şefi Nəriman Əliyevi necə “verbovka” edibmiş — “Ştutqart” mağazaları niyə iflas edir?”(olke.az); “Deputat Nəriman Əliyevin diplom qalmaqalı –FAKTLAR”(azxeber.com), “Millət vəkili kasıbın əmlakını əlindən aldı-Prezidentə şikayət”(gündeminfo.az); “Deputatla bağlı çox ilginc iddialar – Nəriman Əliyev və mərhum şəriki nədən həbs olunmuşdu?”(pia.az); “Nəriman Əliyev İordaniyalı həmkarları ilə görüşüb”(vizual.az); “DEPUTAT HƏDƏ-QORXU İLƏ HƏR ŞEYİMİ ƏLİMDƏN ALDI!” – MM üzvü Nəriman Əliyevə qarşı ŞOK ittihamlar!(azpolitika.info)
İqbal Məmmədov(79 saylı Lerik seçki dairəsi): 12 ildir mandat daşıyan bu millət vəkilinin nə bundan əvvəl, nə də son iki ildə parlamentdə nəhər hansı çıxışına, qanunvericilik təşəbbüsü irəli sürməsinə demək olar ki, rast gəlinməyib. Millət vəkili ilə bağlı “Google” beynəlxalq axtarış şəbəkəsində apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
‘Onu yalnız Relax-da görə bilirik, o da içkili halda’ – Hacı olan İqbal Məmmədov haqda fikirlər(Azxeber.com); “Deputat İqbal Məmmədov kəndlilərin istifadə etdiyi suya qan axıdır – ŞOK GÖRÜNTÜLƏR”(24saat.org); “Lal deputat”: İqbal Məmmədov nə vaxt çıxış etdiyini unudub”(sfera.az); Deputat İqbal Məmmədov mühafizəçini döyüb – İDDİA(milliyol.az); Lerik sakinləri deputat İqbal Məmmədovu axtarır(report.az); Deputatın broyler fabrikində dəhşətli partlayış: Ölən və yaralananlar var(milliyol.az); Deputat mənzil fırıldağının qurbanı olub – 654 min dolları batıb(www.mediatv.az)
QEYD: Yazıda əksini tamam məlumatlar və məqalə başlıqları dövrü mətbuatda yayımlanıb və bir çoxu rəsmi şəkildə təkzib edilməyib.(editor.az)
Yenicag.az