!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan Putinin Qarabağla bağlı açıqlamalarına CAVAB VERDİ

!Reklam – Yazi

Paşinyan Putinin Qarabağla bağlı açıqlamalarına cavab verib. 

Yenicag.az-ın xəbər verdiyi kimi, bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin “İlin yekunu” brifinqində Qarabağla bağlı açıqlama verib. O, açıqlamasında “Qarabağdan Rusiya yox, Ermənistan öz təşəbbüsü ilə və Moskvaya xəbər vermədən imtina edib” deyib.

Paşinyan nəhayət bu gün Putinin “cavabını vermək” qərarına gəlib.

“Birincisi, mövzu ən azı 2022-ci ilin sentyabrından sonra çox müzakirə olunub. Amma gəlin həqiqətən prosesləri inventarlaşdıraq, həqiqətən də onların inventarizasiyasını aparaq.

2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Federasiyasının prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdi. Bu bəyanatlar ictimaiyyətə açıqdır və bu gün də sosial şəbəkələrdə qalır, video versiya da var,səhv etmirəmsə, mən ondan danışıram.

Mən Rusiya Federasiyasının belə bir açıqlama verəcəyini mətbuatdan öyrəndim. Bu, 2020-ci ilin noyabr və dekabr aylarında olub”, – Paşinyan Birinci Kanala müsahibəsində deyib.

Xuraman Etibarlı

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv