!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: "Qarabağdan Rusiya yox, Ermənistan Moskvaya xəbər vermədən imtina edib" - VİDEO

!Reklam – Yazi

“Qarabağdan Rusiya yox, Ermənistan öz təşəbbüsü ilə və Moskvaya xəbər vermədən imtina edib”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün keçirdiyi “İlin yekunu” brifinqində bildirib.

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu, sadəcə, faktın təsdiqidir”, – Putin deyib.

Daha sonra o əlavə edib: “İnanmıram ki, MDB, AİB və KTMT-yə üzvlüyün dayandırılması Ermənistanın marağında olsun. Son nəticədə bu, yenə də dövlətin öz seçimidir.

Paşinyanın son sammitlərdə iştirak etməməsi birgə işi davam etdirmək istəməməsi ilə yox, Ermənistanın özündə bəzi proseslərlə bağlıdır. Görək, vəziyyət necə inkişaf edəcək”, – Putin qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv