Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Paşinyanın 12 qurbanı..." - Bəybala Mirzəyev yazır

Reklam: High Technic

Erməni diaspor məmurlarının istefaya göndərilməsi bizim üçün hansı baxımdan önəmlidir?

Bugünlərdə xəbər saytlarında düşmən ölkənin Baş naziri Nikol Paşinyanın öz ölkəsinin Diasporla İş üzrə Dövlət Komitəsinin az qala bütün heyətini (12 nəfəri) işdən azad etməsi manşetlərdə yer aldı. Lakin sözügedən komitənin xaricdəki erməni diasporlarıyla iş mexanizminə, fəaliyyət istiqamətlərinə isə heç kəs fikir vermədi. Bu çox önəmli məsələdir.

Biz bu məsələnin üzərindən sadəcə xəbər faktı kimi ötüb keçməməliyik. Çünki hal-hazırda dünya miqyasında erməni-Azərbaycan diasporlarının açıq savaşı gedir. Bu baxımdan biz Paşinyanın bu addımı nəyə görə atdığını və yaxın gələcək üçün nələri planlaşdırdığını çözməyə çalışmalıyıq.

Amma əvvəlcə gəlin görək Paşinyanın məlum qərarı ilə kimlər və hansı vəzifələrdən azad olunub.

Postlarından uzaqlaşdırılan şəxslər aşağıdakılardır:

MDB Erməni İcmaları İdarəsinin Rusiya, Ukrayna, Belarus və Moldovadakı şöbəsinin rəhbəri Edqar Ovsepyan;

Avropadakı erməni icmaları şöbəsinin rəhbəri Karen Avanesyan;

Qərbi Avropadakı erməni icmaları ilə əlaqələr şöbəsinin rəhbəri Natalya Danielyan;

Amerika Erməni İcmaları Departamentinin Cənubi Amerika və Avstraliyadakı şöbəsinin rəhbəri Qoar Saakyan;

Repatriasiya və Tədqiqatlar şöbəsinin müdiri Qriqor Arşakyan;

Beynəlxalq və Kilsə Təşkilatları ilə Əlaqələr Departamentinin Beynəlxalq Münasibətlərin təşkili şöbəsinin müdiri Anahit Davtyan;

Beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan;

Orta Şərq erməni icmaları şöbəsinin müdiri Levon Antonyan;

Yaxın diasporla əlaqələr şöbəsinin müdiri Taron Şaqoyan.

Bir neçə şəxsin adı bu siyahıda yoxdur. Lakin bu siyahıdakı şəxslərin kimliyi yox, onların tutduğu vəzifələr, rəhbərlik etdikləri şöbələr, həmin şöbələrin missiyaları diqqətimizi çəkməlidir. Baxın görün düşmən ölkədə diasporlarla işə nə qədər böyük önəm verilir və diaspor fəaliyyətinin bütün istiqamətləri necə diqqət mərkəzində saxlanılır.

Maraqlıdır, Paşinyan niyə bu addımı atdı?

Axı həmin diaspor rəsmiləri yaxşı işləyirdilər (əlbəttə, ermənilərin “yaxşı” anlayışı əslində şeytanlıqdan başqa bir şey deyil). Ancaq fakt budur ki, məhz bu diaspor məmurlarının səyi və yönləndirmələri nəticəsində xaricdəki ermənilər qarayaxmalar, həyasızlıqlar, yürüşlərdə cürbəcür şit hərəkətlər, rəqslər, ləçərliklər, söyüşlər, qışqırıb bağırmaqlar, pulsuz ərik paylamaq şouları, azərbaycanlıların üzərinə əsl vəhşi kimi hüçum etmələri, ən nəhayət, yaşadıqları ölkə və şəhərlərin mediasını, polisini, merlərini pulla ələ almaqları və s. murdar addımların hamısını atmışdılar. Yəni ki, bu məmurlar öz vəzifələrinin öhdəsindən tamamı ilə gəlmişdilər. Və biz ortada real rejimdə işləyən, həm də kifayət qədər effektiv işləyən ciddi bir sistemin, diaspor təşkilatlanmasının mövcud olduğunu görürük. Lakin buna baxmayaraq Paşinyan yenə də onları işdən azad etdi.

Niyə, nə üçün?

İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, Paşinyanın belə addım atmasına səbəb Diaspor Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə bağlı olub. Onu xüsusilə erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib.

Baş nazir həmçinin Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsindən də bərk qəzəblənib.

Qəzet yazır ki, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

Paşinyan indi köhnələri rədd edib, onların yerinə daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək. Çünki Paşinyanın fikrincə, onlar Tovuz döyüşləri zamanı xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diasporlarının qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər.

Bu saat Ermənistan ictimaiyyəti Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansından şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir.

Onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər. Lakin iki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə milli kimlik şüuru ilə mübarizəyə qalxdılar.

Bu isə nə Ermənistandakı erməniləri, nədə ki, Paşinyanın özünü əsla qane edə bilməzdi. Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı biraz səngitmək üçün Diaspor Komitəsinin şöbə müdirlərini “günah keçiləri” kimi qurban verdi.

İndi Paşinyan diaspor üzərindən yeni işlər çevirməyə başlayacaq. O, Ermənistanın xarici siyasətini “hücum diplomatiyası” üzərində qurduğu kimi erməni diasporlarının fəaliyyətini də bu prinsip üzərində formalaşdırmağa çalışacaq. Diaspor Komitəsinə həm fantaziyaları daha güclü, həm də nasist və şovinist hissləri daha inkişaf etmiş erməni aktivistləri cəlb ediləcək, vəzifələrə təyin olunacaqlar. Başqa sözlə desək, köhnə əclafların yerinə onlardan da daha betər olan yeni əclaflar gələcək

Deməli, bundan sonra rəsmi İrəvan xaricdəki erməni diasporları ilə daha mükəmməl və səmərəli işləməyə çalışacaq. Yeni gələnlər daha məsuliyyətli, daha işgüzar və daha təşkilatçı olacaqlar. Onlar heyrətamiz dərəcədə yüksək təşkilatlanmaya səy göstərəcəklər.

Yeni məmurlar yeni miflər uydurmaqda, tarixi faktları saxtalaşdırmaqda, Azərbaycan əleyhinə feyk-xəbərlər yaymaqda, millətimizə qarşı “qara piar” aparmaqda, əcnəbiləri erməni yalanlarına inandırmaqda, xarici mətbuatı ələ almaqda da istefaya göndərilmiş erməniləri kölgədə qoyacaqlar.

Bu isə o deməkdir, indi xaricdəki erməni diasporları və lobbi qüvvələri hər an və hər yerdə bizə qurşaqdan aşağı zərbələr endirməyə başlayacaqlar. Cürbəcür makiavellist üsullardan istifadə edəcəklər.

Odur ki, biz hər cür erməni pisliklərinə hazır olmalıyıq!

Artıq dünyanın müxtəlif şəhərlərində yürüşlər, mitinqlər təşkil etmək mərhələsi bitmək üzrədir. Düşmən bundan sonra inttellektini işə salacaq və daha hiyləgər metodlardan istifadə etməyə çalışacaq.

Deməli, bizim də arsenalımızda cürbəcür önləyici tədbirlər, çevik cavab vasitələri olmalıdır. Bunun üçün “beyin mərkəzləri”miz daha fəal işləməlidir.

Diasporlar üzərindən savaşın növbəti mərhələsini kim udacaqsa, dünya ictimaiyyəti də Qarabağ məsələsinin həlli zamanı məhz onun tərəfini tutacaq.

Birinci mərhələni biz udduq, ikinci mərhələnin də qalibi biz olmalıyıq.

Uduzmaq lüksümüz yoxdur!

www.yenicag.az

413
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100