!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın sürükləndiyi ÜÇÜNCÜ KAPİTULYASİYA: “Məqsəd regionu qan çanağına çevirmək və...”

!Reklam – Yazi

“Onlar Azərbaycanın otuz il əvvəlki kimi zəif durumda olmadığını və artıq özünün tarixi torpaqlarına da iddia edə biləcəyini başa düşürlər”.

Bu fikirləri Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınmasının səbəblərini və prosesin mümkün gedişatını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, Ermənistan hakimiyyəti mövcud siyasəti ilə özü üçün növbəti kapitulyasiya şəraitini yetişdirir:

“Paşinyan dəfələrlə deyib ki, bizim üçün əsas prioritet 29,8 min kvadrat kilometr ərazini qoruyub saxlamaqdır. Ermənistan ordusunun qalıqları Qarabağda hələ qalsa da, Azərbaycanın ötən ay keçirdiyi antiterror əməliyyatı zamanı İrəvan heç bir addım atmadı.

Ermənistan bunu tək ona görə etmədi ki, Azərbaycan ordusu İrəvana qədər gedərdi. Paşinyan və onun arxasında dayanan qüvvələr bizim bəzi siyasətçilərdən fərqli olaraq, Zəngəzur, həmçinin digər torpaqların Azərbaycan ərazisi olduğunu çox yaxşı bilirlər.

Onlar Azərbaycanın otuz il əvvəlki kimi zəif durumda olmadığını və artıq özünün tarixi torpaqlarına da iddia edə biləcəyini başa düşürlər. Bununla belə, Paşinyan sülh müqaviləsini hələ də imzalamaq istəmir. Ermənistan vaxtı uzatmaqla, zaman qazanmaq və regiona kənar qüvvələri cəlb etmək niyyətindədir.

Bilirsiniz ki, Ermənistana Fransadan, Almaniyadan “müşahidəçi” qismində gələnlərin hamısı xüsusi xidmət əməkdaşlarıdır. Paşinyan öz hakimiyyətini qorumaq və Rusiyanın onu devirmək planını boşa çıxarmaq üçün regionu qan çanağına çevirmək istəyir.

Ona görə də gərginlik davam edir. Bu da onu göstərir ki, İrəvanda yenə rasional düşünə bilmirlər, köhnə qaydada revanşist, məkrli siyasət həyata keçirirlər. Paşinyanın məqsədi sülh müqaviləsini imzalamaq yox, özünün hakimiyyət müddətini uzatmaqdır. Ancaq bu gedişlə Paşinyan daha bir kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalacaq”.

Səxavət Məmməd

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv