Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyanın yeni kadrı: Kokain qacaqmalçısı, keçmiş məhkum...

Ermənistanın baş nazirinin müavini Tiqran Avinyanin fərmanıyla sabiq baş nazir Ovik Abramyanın əsas köməkçi işləmiş, Odessada Ermənistanın keçmiş konsulu Qeorqi Muradyan baş nazirin müavinin məsləhətçisi vəsifəsinə təyin olunub.

Yenicag.az xəbər verir ki, Paşinyan hökumətinin yeni nümayəndəsi Qeorqi Muradyanın adı erməni mətbuatında hələ bir neçə il əvvəl hallanmağa başlayıb.

Belə ki, Q. Muradyan erməni telekanallarından birində çıxan həftəlik polis verlişi – “02” proqramının qəhrəmanlarındandır. “Qraparak” qəzetinin yazdığına görə, Qeorqi Muradyan 2006-cı ildə kütləvi miqdardakokainin qaçaqmalçılığı üstündə həbs edilmişdi. Nəşr qeyd edir ki, böyük diametrli şamdanlarda gizlədilən 300 qr kokain Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülmüş, bağlamaların Q. Muradyan tərəfində göndərildiyi təsdiq olunubmuşdu. Nəticədə, o, Ermənistanda tutularaq həbs edilib.

Lakin bir müddət sonra, Muradyan azadlığa çıxır. Atası Ermənistanın Xarici İşlər Nazirliyinin ən köhnə və hörmətli diplomatlarından biri olan Eduard Muradyan öz əlaqələrindən istifadə edərək onu həbsdən çıxarmağı bacarır. Həbs edilənə qədər Xarici İşlər Nazirliyində hansısa bir əhəmiyyətsiz vəzifədə işləyən Muradyan, bundan sonra atasının xahişi ilə sonralar ölkənin baş naziri olmuş, Ermənistan parlamentinin spikeri Ovik Abramyanın yanında işə düzəlir. Beləliklə, Abramyanın himayəsi ilə Q. Muradyan onun əsas köməkçisi vəzifəsinə qədər gəlib çatır.

2012-ci ildə Serj Sarkisyanın fərmanı ilə Qeorqi Muradyan Odessada Ermənistanın baş konsulu vəzifəsinə təyin olunur.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, o, baş naziri müavininin məsləhətçisi olması barədə rəsmi xəbər 6 iyun 2018-ci il tarixində bəyan edilsə də, onun Feysbuk səhifəsində 17 gün əvvəl, yəni may ayının 20-də hökümətdə işə başladığı barədə qeydlər edilib.

www.yenicag.az

4319
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100