Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Patriarx Kirill Qarabağdan danışdı: "Bizim borcumuz siyasətçilərə təsir etməkdir"

Reklam: Sinerji Pro

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.

Yenicag.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Patriarx Kirillin Moskva və bütün Rusiyanın Patriarxı seçilməsinin 10 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində baş tutub.

Görüşdə çıxış edən Rusiyanın patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadəni yenidən Moskvada görməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib: “Biz sizin provaslav kilsəsi ilə münasibətlərə verdiyiniz şəxsi töfhəni yüksək qiymətləndiririk”.

Patriarx Kirill Qarabağ münaqişəsinin həlli istiqamətində apardıqları üçtərəfli dialoq barədə də danışıb: “Baxmayaraq ki, bu münaqişənin həlli istiqamətində elə bir radikal dəyişiklik baş verməyib, lakin müharibənin davam etməməsi, əsirlərin dəyişdirilməsi faktları yetərlidir. Əgər hər şey din xadimlərindən asılı olsaydı, fikrimcə, çoxdan bu məsələ həll olunmuşdu. Hər şey bizdən asılı deyil. Ona görə də, fikrimcə, din xadimləri olaraq bizim borcumuz siyasətçilərə bu münaqişənin sülh yolu ilə həll olunması üçün təsir etməkdir. Çox ümid edirik ki, bu sadə olmayan problemin həll olunduğu vaxt gəlib çatacaq”.

Fərid Əkbərov
Yenicag.az-ın Moskva müxbiri

www.yenicag.az

3513
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100