Reklam: High Technic
hightechnic

“Payitaht Abdulhamid”də Azərbaycan gecəsi - Azərbaycana 100 illik hədiyyəsi - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur seriallarından olan və TRT-də yayımlanan “Payitaht Abdulhamid”də ilk dəfə Azərbaycan mövzusu gündəmə gətirilib.

Yenicag.az xəbər verir ki, serialın bu gün yayımlanan bölümündə Azərbaycanın məşhur xeyriyyəçi-milyonçusu Hacı Zeynalabdin Tağıyev Əbdülhəmidlə görüşür. Hacı Zeynalabdin Tağıyev sultan Əbdülhəmidə Azərbaycan türkcəsinə tərcümə edilmiş “Quran” təqdim edib.

Serialda Hacı Zeynalabdin Tağıyev sultana deyir ki, siz islam üçün gecənizi gündüzünüzə qatırsınız. Bizim də islamı yaymağa bir faydamız olar. Hacı Zeynalabdin Tağıyev Azərbaycanla Anadolu türkələrini bir ananın iki oğlu olduğunu vurğulayır.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev rolunu Türkiyənin məşhur aktyorlarından Ahmet Bilgin oynayır. Onu Türkiyə Azərbaycan İş Adamları Birliyinin sədri, eyni zamanda xeyriyyəçi olan iş adamı Hüseyin Büyükfırat müşayət edib. Belə ki, “Quran”ı Sultana Büyükfırat təqdim edib.

Serialın bu bölümündə İranda azərbaycanlıların yaşadığı zülm də gündəmə gətirilib.

Qeyd edək ki, serialın bu bölümündə Azərbaycan mövzusunun işlənilməsi AXC-nin 100 illiyi ilə bağlıdır. Belə ki, çəkilişdən sonra baş rol oyunçuları bu barədə açıqlama verib, təbrik ediblər.

Serialda “Sultan Əbdülhəmid” ilə Hacı Zeynalabdin arasındakı dialoq belə keçir:

Əbdülhəmid masanın başındadır.

Qarşısında Tahsin Paşa oturub.

Tahsin Paşa: Hökmdarım… Azərbaycan türklərindən Zeynalabdin əfəndi hüzurunuza qəbul olunmaq istəyir…

Əbdülhəmid: Canqardaşımız gəlsin…

Tahsin Paşa qapını göstərir… Zeynalabdin əfəndi yanında azərbaycanlı ilə birlikdə içəri daxil olur… “Quran”ı masanın üstündə qoyur…

Zeynalabdin: Hökmdarım… Azərbaycan türkcəsinə tərcümə etdiyimiz “Quran-i Kərim”…

Hacının yanındakı azərbaycanlı bəy (Hüseyin Büyükfırat) Əbdülhəmidə “Qurani Kərim”i təqdim edir…

Əbdülhəmid: Bismillahir-rəhmanir-rəhim…

Əbdülhəmid “Quran”ı səhifələyir…

Əbdülhəmid: Maşallah, Zeynəlabdin əfəndi… Maşallah…

Azərbaycanlı bəy: Hökmdarım, siz İslam üçün gecənizi-gündüzünüzə qatırsınız. İnşallah, bu fağır qulunuzun da İslamın şöləsini yaymağa bir faydası olar…

Əbdülhəmid: Bakıdakı qardaşlarımız necədirlər?

Zeynalabdin: Sizin üçün dua edirlər… Sizin qiymətinizi bilirlər… Harada bir məzlum varsa, siz oradasınız… Hökmdarım… Ruslar neft üçün Bakıdadır… Türklər illərlə qardaşlıq naminə Bakıda qaldılar… Gözlər Bakıda Osmanlını axtarır.

Əbdülhəmid başını yelləyir…

Əbdülhəmid: Təəssüf ki… Bu gün bəlkə də gücümüz çatmır Bakıya gəlməyə… Lakin, inşallah, sabahlar açılacaq, millətlər qovuşacaq…

Zeynalabdin: İnşallah, hökmdarım… Biz hələ yaxşıyıq… Lakin İranda qalan qardaşlarımız məzlumdur…

Əbdülhəmid: Xəbərlərini alırıq… İranda qalan Azərbaycan türkləri əzab-əziyyət içindəymişlər. İran səfirimiz məsələ ilə yaxından maraqlanır…

Zeynalabdin: Təbrizdə bir vali var… Türklərə zülm edir… Harada bir türk görürsə, düşmən kimi hücum çəkir. Qəzet çıxarmaları qadağandır… Siyasətə qarışmaları qadağandır…

Əbdülhəmid üzünü Tahsin Paşaya tutur:

Əbdülhəmid: Tahsin Paşa, İran səfirimizdən o vali ilə bağl hesabat tələb edib… Təbrizdə nə baş verdiyini öyrənsinlər…

Tahsin Paşa: Baş üstə, hökmdarım…

Əbdülhəmid: Kədərlənməyin, Zeynalabdin əfəndi, qardaşlarımız əsarətdən xilas olacaqlar və könül rahatlığı ilə iftar açacaqlar inşallah…

Zeynalabdin: Ümidimiz sizsiniz, hökmdarım… Əmin olun, onlar da əsir düşdükləri üçün yox, könül rahatlığı ilə iftar aça bilmədiklərinə görə kədərlidirlər…

Zeynalabdin: İcazənizlə sizə Gəncədən – bir Azərbaycan anasından gələn bir məktubu oxumaq istəyirəm…

“Mən əlləri qabar-qabar olan bir anayam… Kilim toxuyuram… Kilimin üzərinə quşlar, ağaclar, çiçəklər düzürəm… Altında kölgə salan buludlar düzürəm… Qırx ildir kilim toxuyuram… Rənbərəng iplərim var… İlmə-ilmə işləyir, alın tərimi axıdıram… Lakin Sultan Əbdülhəmid Xan kimi bir kilim toxuya bilməmişəm… O, gecə-gündüz demədən qocaman Osmanlı dövlətini toxuyur. Nəhəng dövləti ilmə-ilmə yüksəldir… Bu böyük dövlət də kilim kimidir. Hər dərdi ilə, hər qəmi ilə həmdəm olur. Söylə o böyük Sultana… Gəncədə bir anası var… Gecə-gündüz ona dualar oxuyur…

Əbdülhəmid və Zeynalabdin əfəndi bağçada gəzişirlər…

Zeynalabdin: Biz qardaşlarımızla ayrılmış bir millətik, hökmdarım… Azərbaycanın cənubu İranda, şimalı ruslarda… Qardaşlıq həsrəti… Osmanlıya sevdalı qəlbiqırıq bir millət…

Əbdülhəmid: Ah, Zeynəlabdin əfəndi, ah! Osmanlının mayası türkdür… Kafirə qılınc yelləyən bir millətik biz… Sadəcə kafirə qılınc çalmaqla da kifayətlənməmişik… Getdiyimiz yerlərdə gəncləri müsəlman etmişik, onlarla birlikdə qılınc çəkmişik kafirə…

Zeynalabdin: İndi niyə bu haldayıq, hökmdarım?

Əbdülhəmid: İslamı unutmuşuq. Yörük çadırında zikr etməyi, dəmir ocağında polada su verməyi yaddan çıxarmışıq… Röyamız da, duamız da budur… Bir düşünün, Orta Asiyadan Balkanlara, Kırıma hər yer türkdür… Orta Asiyadan Hindistana, oradan Hicaza, Afrikaya hər kəs müsəlmandır… Bakı neftini ruslar, Afrikanın mədənlərini ingilislər, fransızlar istismar edir…

Zeynalabdin sözə qarışır…

Zeynalabdin: Sizin sayənizdə mənimsənilməyən qaynaqlar sadəcə Osmanlı torpaqlarındadır…

Əbdülhəmid: Mübarizəmiz də bunun üstündədir də, əfəndi!

Zeynalabdin: Siz məğlub olsanız, ümid qalmaz, hökmdarım… Bakının da, Afrikanın da ümidi sizədir… Allah qüvvət versin…

Bu zaman Tahsin Paşa gəlir…

Əbdülhhəmid: Gəlin, paşa…

Tahsin Paşa əlində bir kağızla gəlir…

Tahsin Paşa: Təbriz valisi məktubunuza cavab yazıb…

Əbdülhəmid: Oxuyun…

Tahsin Paşa: Nə siz Yavuz Sultan Səlimsiniz, nə də Osmanlı köhnə Osmanlıdır… Əmrinizi ancaq Ərzuruma qədər keçirə bilərsiniz… Bura Təbrizdir… Arada çox yol var… Sözlə təhdid etməyin…

Serialın sonunda Sultanın qurduğu “Ulduz” Kəşfiyyatın üzvləri azərbaycanlılara zülm edən valini cəzalandırırlar.

www.yenicag.az

5492