Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Peşə ixtisasları üzrə teledərslər bu tarixdə başlayacaq

Martın 29-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, həmçinin dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilib.

Sənayedə quraşdırma işləri, tikinti, avtomobil diaqnostikası və təmiri, avtomatika ixtisasları üzrə video dərslərin çəkilişi yekunlaşıb. Növbəti günlərdə digər peşə ixtisasları üzrə teledərslərin hazırlığı nəzərdə tutulur. Peşə ixtisasları üzrə “Dərs vaxtı” verilişinin cədvəli qısa zamanda açılanacaq.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə bilərlər.

www.yenicag.az

298
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100