Reklam

Reklam

Moskvada Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşını avtomobillə vuran azərbaycanlı saxlanılıb.

Yenicag.az xəbər verir ki, hadisə martın 18-də axşam Komsomol meydanında baş verib.

Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı “Hyundai Solaris” markalı avtomobili sənədləri yoxlamaq üçün saxlayıb. Sürücü polisin müşayiəti ilə öz avtomobilində polis bölməsinə getməyə razılaşıb. Ancaq tezliklə aradan çıxmaq istəyən sürücünün qarşısını patrul avtomobilindən çıxan polis kəsmək istəyib. Sürücü avtomobillə polisi vurub və aradan çıxıb. Yerə yıxılan polis əməkdaşı əlindən xəsarət alıb. Sürücü hadisə yerindən qaçsa da, bu gün saxlanılıb.

Azərbaycan əsilli sürücüyə hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq olunması maddəsi ilə cinayət işi açılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 551
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."