!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada gözlənilən POSTPUTİN DÖNƏMİ: “Onun ölümü ilə ölkənin parçalanma mərhələsinə keçəcəyi...”

!Reklam – Yazi

“Rusiyanın 2030-cu ilə qədər parçalanacağını düşünənlər yanılırlar, çünki gedişat bu prosesin daha tez baş tutacağını söyləməyə əsas verir”.

Bu fikirləri Rusiyanın siyasi elitasında Vladimir Putinin xeyli yaşlanması və mümkün ölümü ilə ölkənin parçalanmaq mərhələsinə daxil olacağına dair yaranan qənaəti şərh edən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Siyasi texnoloqun fikrincə, mövcud şəraitdə Rusiyanın öz mövcudluğunu uzun müddət davam etdirəcəyinə inanmaq əsassız nikbinlikdir:

“Rusiyanın 2030-cu ilə qədər parçalanacağını düşünənlər yanılırlar. Çünki gedişat bu prosesin daha tez baş tutacağını söyləməyə əsas verir.

Totalitar rejimlərin idarəçiliyində ölkələrdə cəmiyyətdə ictimai rəy yaratmağa çalışanlar, əsasən, bu taktikadan istifadə edirlər.

Sanki hakimiyyətdəki şəxs iqtidardan gedərsə, ya da dünyasını dəyişərsə, dövlətin sonu gələcək, ölkə parçalanacaq.

O baxmdan, belə fikirlərin Rusiya ictimai rəyinə yeridilməsi də Putinsiz gələcəyin guya faciələrə yol açacağına inam yaratmağa xidmət edən taktiki gedişdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv