!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Poroşenkonun Azərbaycanda “Roshen”dən başqa marağı yoxdur” – Nikolay Katerinçuk

!Reklam – Yazi

“Azərbaycan şirkətlərinin Ukrayna bazarlarında çoxluğu ölkəmizin maraqlarına uyğundur”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna ilə Azərbaycan arasında biznes əlaqələrini dəyərləndirən Ukraynanın “Avropa” partiyasının lideri Nikolay Katerinçuk deyib.

Katerinçukun sözlərinə görə, Ukrayna hakimiyyəti Azərbaycandan investisiyanın cəlb olunması üçün lazımi səviyyədə səy göstərmir:
“Əminliklə deyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri indikindən daha intensiv və işgüzar ola bilər. Həqiqətən də, Azərbaycanın çox böyük işgüzar potensialı var.

Mən bir neçə layihəni Ukraynada fəaliyyət göstərən və öz təcrübələrini təklif edən Azərbaycan şirkətləri ilə birlikdə həyata keçirirəm. Həmin şirkətlər əsasən, yol-körpü tikintisi, təmizləyici qurğular üzrə ixtisaslaşıb. Məsələn, o şirkətlərdən biri hazırda Kiyevdə körpü-keçid tikir və yüksək keyfiyyətlə çalışır.

Onlar ölkə iqtisadiyyatına investtisiya qoyaraq, şəkər zavodlarını bərpa edirlər, meyvə-tərəvəzlər üçün xüsusi anbarlar tikirlər və şəkər, qoyun əti kimi məhsulların alışında çeviklik göstərirlər. Azərbaycan şirkətlərinin Ukrayna bazarlarında çoxluğu ölkəmizin maraqlarına uyğundur.

SOCAR və digər Azərbaycan şirkətlərinin Ukraynada yüksək səviyyədə fəaliyyət göstərməsinə əsasən deyə bilərik ki, prezident İlham Əliyev ölkə biznesi qarşısında vəzifələr qoyur, onun inkişafına çalışır. Azərbaycan şirkətləri də rəqabət və öz məhsullarının yüksək keyfiyyəti sayəsində önə çıxırlar.

Ancaq Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycanda ona məxsus “Roshen” fabrikindən başqa marağı yoxdur. Nədənsə, Poroşenko struktur layihələrinin Azərbaycandan çox, Türkiyə şirkətlərinə həvalə olunmasına maraq göstərir”.

Yarina Lazko
Yenicag.ru üçün Kiyevdən

www.yenicag.az

3078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv