Prezident Baş naziri niyə dəyişdirdiyini açıqladı – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Yenicag.az xəbər verir ki, müşavirədə çıxış edən ölkə başçısı bir sıra maraqlı məqamlardan söz açıb.

Dövlət başçısı çıxışında Əli Əsədovun Baş Nazir təyin olunmasına da münasibət bildirib:

“Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.

 

COP29