Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Prosineçkidən "Bursaspor" açıqlaması: "Klub rəsmiləri ilə 3 ay əvvəl görüşmüşəm"

Reklam: High Technic

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki açıqlama verib.

Yenicag.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Türkiyənin “Bursaspor” klubunun “sükanı arxası”na keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Bursaspor” rəsmiləri ilə 3 ay əvvəl görüşmüşəm. Lakin, məsələ ilə bağlı hər hansı yenilik yoxdur. Son 20 günü milli komanda ilə birgə keçirmişəm. Şimali İrlandiya yığması ilə keçiriləcək vacib oyuna hazırlaşırıq. Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Biz geridə qalan müddət ərzində böyük iş görmüşük. Mən yeni gələndə yığma FİFA reytinqində 132-ci pillədə qərarlaşmışdı. İndi isə 76-cı sıradadır. Qələbə bizi ikinci pilləyə yüksəldə bilər. Biz bunu bacararıq” deyə, Prosineçki qeyd edib.

Xatırladaq ki, C qrupunda yer alan millimiz 5 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb.

Yenicag.az

Loading...

www.yenicag.az

696
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100