!Reklam

Dünəndən etibarən ölkəmizdə keçirilən “Miss & Mister Azerbaijan 2022” gözəllik yarışmasının qalibi sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Belə ki, Nurlanə Vəliyevanın “Miss Azərbaycan 2022” adına layiq görülərək birinci yeri qazandıqdan sonra onun köhnə şəkillərdə heç də indiki kimi olmadığı, estetik əməliyyatlar keçirdiyi söylənərək müzakirə olunur.

“İki gecədir ki, özümə gələ bilmirəm. Narahatçılıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq. “Tık-Tok”da məsləhətlərlə bağlı bir canlı yayım açdım. İnsanlara yaxınlaşıb, sual verirdim ki, “Nə məsləhət görürsən?”. Onlar isə öz peşəsinə uyğun cavab verməli idilər. Bu zaman isə məhlə uşağım rastıma çıxdı. Çox emosional idim. Evə gəlib həmin o videonu sosial şəbəkələrdə yayımladım. Sonra isə özüm də hiss etmədim ki, başıma belə bir xoşagəlməz hadisə gələ bilər”