!Reklam

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində tez-tez yerli icra orqanları və bələdiyyələrin fəaliyyətindəki çatışmazlıqlarla bağlı şikayətlərin şahidi oluruq. Vətəndaşların əksəriyyəti icra hakimiyyətlərinin müraciət və şikayətlərə etinasız yanaşmasından gileylənir. Xüsusən növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının gedişində namizədlərin bəziləri bu cür problemləri debatlarda dilə gətirib.